Page 420 - design_Topcubashov_Full_Layout 1
P. 420

Əlimərdan bəy Topçubaşov


                  hәyatındakı bütün müsbәt yeniliklәr, mәdәni tәşәbbüslәr,
                  qanuni sәrәncamlar, dövlәtçiliyin bütün tәzahürlәri, ölkәnin
                  mәnafeyinә xidmәt edәn hәr cür şәxsi binagüzarlıqlar –
                  bunlar hamısı buradakı fәaliyyәtimiz üçün müsbәt hallardır
                  vә bizә Azәrbaycanın müstәqilliyini daha cәsarәtlә müdafiә
                  etmәk haqqı verir.
                     Doğrudur, bizi hәlә dövlәt kimi tanımırlar. Lakin getdiyimiz
                  hәr yerdә hamıya artıq il yarımdan bәri dövlәt kimi faktiki
                  mövcud olduğumuzu bildirir, öz parlamenti, hökumәti,
                  inzibatçılığı, mәhkәmәsi, mәktәblәri, ordusu olan Azәrbaycanın
                  müstәqil yaşadığını göstәririk.  Azәrbaycan bolşeviklәrlә
                  amansız mübarizәyә tab gәtirib. Demәli, azәrbaycanlılar
                  hәyat qabiliyyәtinә malik xalqdır vә müstәqil dövlәt qura
                  bilәrlәr. Gücümüz çatdığı qәdәr, hәtta çatmasa belә, mövcud
                  vәziyyәti qoruyub saxlamaq, bu özünütәsdiqi mühafizә
                  etmәk lazımdır. Biz istәrdik ki, hamı, hәr bir şәxs, bütün
                  xalqımız indi müstәqil ictimai-siyasi vә iqtisadi mövcudluq
                  qabiliyyәtimizi sübut etmәk üçün imtahan verdiyimizi yaxşı
         420
                  başa düşsün.
                     İnanıram ki, buna gücümüz çatacaq. Çünki xalqımız,
                  doğrudan da, qabiliyyәtlidir, ölkәmiz tәbii sәrvәtlәrlә zәngindir.
                  İndiyә qәdәr әxlaqi başlanğıca әsaslanan siyasi mәktәbimiz
                  olmadığından geniş xalq kütlәlәrinin öz gәnc dövlәtinin
                  müәssisә vә qurumlarından nümunә götürmәsi, yaşadığımız
                  sınaq anının tam ciddiyyәtini dәrk etmәsi çox zәruridir.
                  Paytaxt vә rәhbәr xadimlәr – bax, Azәrbaycana bütün varlığı
                  ilә xidmәt etmәyin nümunәsini geniş xalq kütlәlәrinә onlar
                  göstәrmәlidir. Ümumi borc xalqı sәfәrbәr etmәk, onu müstәqil
                  mövcudluq ideyası әtrafında sıx birlәşdirmәkdir. Çünki artıq
                  şüurlarda geriyә dönüş üçün yer olmadığına, ola da
                  bilmәyәcәyinә әminik. Qarşımızda yalnız bir yol var, o da
                  Azәrbaycanın müstәqilliyinә aparan yoldur!
                     Bu yolu tәhlükәsiz keçmәk üçün ilk növbәdә ölkәnin
                  daxili vәziyyәtini sahmana salmaq vә möhkәmlәndirmәk
                  zәruridir. Ölkәnin özündә, onun inzibati qurum vә
   415   416   417   418   419   420   421   422   423   424   425