Page 425 - design_Topcubashov_Full_Layout 1
P. 425

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           çәkib. Bu nitq böyük әks-sәda doğurub. İndi onu hәr üzünә
           şәrh edirlәr. Әgәr mәtbәә işçilәrinin noyabrın 12-dә başlanan
           tәtili nәticәsindә qәzetlәrin çapı dayanmasaydı, yәqin ki,
           onunla bağlı xeyli әdәbiyyat meydana çıxardı. Nitqin
           fransızcaya tәrcümәsini әlavә edirәm (әlavә № 1). Rus
           ünsürlәri çox narazıdır. Onların sol qanadı (İ.Minor,
                      535
                                   536
           V.Zenzinov , E.Stalinski ) burada fransız dilindә hәftәlik
           “Pour la Russie” 537  qәzetinin nәşrinә başlayıblar. Lloyd
           Corcun nitqi ilә әlaqәdar bu qәzetdәki materialın mәtni
           әlavә olunur (bax: әlavә № 2).
               Habelә Fransız Müstәmlәkәlәri Liqası 538  siyasәt vә xarici
           әlaqәlәr bölmәsi sәdrinin mәnә ünvanlanan 17 noyabr 1919-cu
           il tarixli mәktubunun surәtini dә göndәrirәm.
               Mәktubda adı çәkilәn bölmәnin çıxardığı qәtnamә haqda
           mәlumat verilir.  Yeri gәlmişkәn, qәtnamәdә Gürcüstanla
           Azәrbaycanın “de-fakto vә de-yure tanınması” ilә bağlı arzu
           ifadә olunmuşdur (bax: әlavә № Z).
                                                                       425
                                     III
               Bu müddәt әrzindә on saylı mәlumatımda bәhs etdiyim
           mәktublardan başqa, Nyu-York vә  Vaşinqtondan, cәnab
           Çendlerdәn daha iki mәktub, yenә oradan, cәnab Robinovdan
           mәktubla birlikdә teleqram alınıb.
               Birinci mәktubda (ümumi say baxımından o, ikincidir
           vә noyabrın 1-dә yazılıb) cәnab Çendler Amerikadakı ermәni
           nümayәndәlәrinin bizim vә gürcülәrin әleyhinә çevrilmiş
           hәrәkәtlәri barәdә mәlumat verib. Bu, әlbәttә, bizdәn ötrü
           yenilik deyil! Üstәlik, buradan Kaçaznuni, Enfiacyan 539  vә
           Piralovun 540  Amerikaya getmәlәrini dә nәzәrә alsaq, tәәccüb
           doğuracaq heç bir şey yoxdur. Cәnab Çendler eyni ilә belә
           bir mәktubu da N.S.Çxeidzeyә göndәrib. Nümayәndә
           heyәtlәrimizin mәsәlә ilә bağlı qәnaәtlәri ümumi idi. Ona
           görә dә cәnab Çendlerә cavab mәktubunda  Amerikadakı
           ermәnilәrlә polemikaya girmәdәn xeyrimizә tәbliğat aparan
   420   421   422   423   424   425   426   427   428   429   430