Page 430 - design_Topcubashov_Full_Layout 1
P. 430
Əlimərdan bəy Topçubaşov
nümayәndә heyәtindә yoxdur, yoxdur... Bu sәbәbdәn dә
bütün işlәrdә lәngliyә yol vermәli oluruq.
Mәsәlәn, poçt vә teleqraf nazirliyinin tapşırığı ilә bağlı
demәliyәm ki, әgәr indi pul olsaydı, teleqraf vә telefon
aparatlarının, avtomobil hissәlәrinin bir qismini almaq olardı.
Mәsәlә ilә әlaqәdar buradakı baş teleqraf vә telefon şirkәtinin
iki mәktubunun surәtini göndәrirәm. Tapşırığıma әsasәn,
әmәkdaşımız cәnab Derezinski şirkәtlә danışıqlar aparıb
(әlavә № 11, 12). Cәmiyyәt (mәtndә belә gedib, әslindә,
şirkәt olmalıdır – Tәrc.) mühәndisini hәtta öz hesabına
göndәrmәyә hazırdır, bir şәrtlә ki, verilәn sifarişin hәcmi
500 000 frankdan az olmasın vә mühәndisin yola sәrf etdiyi
vaxtla birlikdә gedib-gәlmәsi iki aydan çox çәkmәsin. Başqa
bir şәrt – sifarişin qiymәtinin yarısı әvvәldәn ödәnilmәlidir.
Ödәmә mütlәq frankla olmalıdır.
Ümumiyyәtlә, müәyyәn istiqamәtdә irәliyә hәrәkәt edә
bilmәyimiz üçün bu mәsәlәlәr barәdә әtraflı yazmaq, hәr
430 şeyi sonadәk aydınlaşdırmaq lazımdır. Әn başlıcası isә vaxt
amilini qiymәtlәndirmәk lazımdır, çünki malın qiymәti,
göndәrilmәsi vә s. bu amildәn çox asılıdır. Respublikamızın
Ümumdünya Poçt İttifaqının 545 üzvlüyünә daxil olması üçün
lazımi mәlumatların bir hissәsi artıq toplanıb. Bu günlәrdә
Bernә mәktubla müraciәt edәcәyәm. Mәktubun layihәsini
göndәrirәm (әlavә № 13).
Eyni şәkildә Fransa xarici işlәr nazirinin adına ayrıca
mәktub yazıram. Hәmin mәktubda Gәncәdә radiostansiya
tam qurulub başa çatdırıldıqdan sonra radioteleqramlarımızın
qәbul olunması mәsәlәsini Fransanın hәrbi naziri ilә birlikdә
razılaşdırmağı xahiş edirәm (әlavә № 14). Buradan Sizә
göndәrәcәyim ilk sınaq radioteleqramının mәtni dә әlavә
olunur, hәmin teleqram Gәncә radiosunun işә düşmәsi xәbәri
alındıqdan sonra yola salınacaq (әlavә № 15).
Bu günlәrdә Romadan İvan Volkov 546 adlı birisindәn
aldığım mәktubun surәtini dә göndәrirәm. Hәmin şәxsi,