Page 434 - design_Topcubashov_Full_Layout 1
P. 434
Əlimərdan bəy Topçubaşov
№ 12
11 may 1920-ci il
Paris
AZӘRBAYCAN RESPUBLİKASI
NAZİRLӘR ŞURASININ SӘDRİNӘ
Cәnab sәdr!
Rәhbәrlik etdiyim sülh nümayәndә heyәtinin 1919-cu
ilin dekabr ayından 1920-ci ilin may ayına qәdәr Paris,
London vә San Remodakı fәaliyyәti haqqında Sizә әtraflı
mәlumat vermәk әvәzinә, qısa mәktubla kifayәtlәnmәyә
mәcburam. Mәktubun bütün mahiyyәti bu il aprelin sonlarında
Bakıda baş vermiş hadisәlәrin mahiyyәtini izah etmәyinizlә
bağlı sual, xahiş vә tәlәbdәn ibarәtdir. Mümkünsә, bildirin,
Azәrbaycanda indi iş başında hansı hökumәtdir, bu hökumәt,
434 ümumiyyәtlә, kimlәrdәn ibarәtdir? Ölkәmizin mövcud daxili
vә xarici vәziyyәti necәdir?
Nümayәndә heyәti sülh konfransının Ali Şurasının
(“Conseil Supreme”) iclaslarının keçirildiyi San Remodan
aprelin 30-da qayıdıb. Elә hәmin gün Reyter teleqraf
agentliyi 547 Bakıda inqilab baş vermәsi vә hökumәtin istefaya
getmәsi barәsindә Londondan mәlumat yaymışdı.
Bütün cәhdlәrimizә baxmayaraq, nә hәmin gün, nә dә
sonrakı iki gün (1 vә 2 may) әrzindә bu xәbәrlә әlaqәdar heç
bir başqa mәlumat, yaxud hәr hansı aydınlaşdırıcı tәfәrrüat
öyrәnә bilmәdik (1 May nümayişi vә Fransada ümumxalq
nümayişinә hazırlıq buna imkan vermәdi). Paris qәzetlәrinin
Londondan aldıqları xәbәrlәr isә bir-birini tәkzib edәn elә
mәlumatlarla dolu idi ki, onlara әsaslanıb hansısa qәnaәtә
gәlmәk mümkün deyildi.
Belә bir vәziyyәtdә nümayәndә heyәti bu il may ayının
3-dә Fransa Xarici İşlәr Nazirliyi vasitәsi ilә Bakıya Nazirlәr