Page 439 - design_Topcubashov_Full_Layout 1
P. 439
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
tuta bilmәdiyimiz ailәlәrimizin, yaxınlarımız vә doğmalarımızın
dәrdi bir yana qalsın, ölkәnin vә ordunun, parlamentin vә
hökumәtin taleyindәn tam mәlumatsız olmağımız sәbәbindәn
bizi sәbatlılıqla sınağa çәkir, hәr an sәbir vә dözüm nümayiş
etdirmәyә, gәrginlik içindә gözlәmәyә vә yenә dә gözlәmәyә
mәcbur edir.
Lakin belә ümidsiz vәziyyәtә düşmәsinә baxmayaraq,
nümayәndә heyәti hazırkı son dәrәcә çәtin şәraitdә yenә dә
işini davam etdirmәk, üzәrinә düşәn vәzifәlәri bacardığı
qәdәr yerinә yetirmәk üçün özündә qüvvә tapır. İyunun
әvvәlindә heyәt sülh konfransının Ali Şurasına nota ilә (surәti
әlavә olunur) müraciәt etmәk mәcburiyyәtindә qalmışdır.
Sonra nümayәndә heyәtinin iki üzvü – cәnab Mehdiyevlә
cәnab Şeyxülislamov hәlә dә bir tәrәfdәn ingilis hökumәti,
digәr tәrәfdәn isә Krasin 551 başda olmaqla, Sovet Rusiyasının
müvәkkillәri arasında iqtisadi vә hәtta ola bilsin ki, siyasi
xarakterli danışıqların aparıldığı Londondadırlar. Nәhayәt,
Avropada Azәrbaycanla bağlı olduqca qanqaraldıcı tәәssüratı,
439
azacıq da olsa, yumşaltmaq, dәyişdirmәk üçün nümayәndә
heyәti mәtbuatda (әsas etibarilә Parisdә çıxan “Le Temps”
qәzetinin sәhifәlәrindә) tәbliğatla mәşğuldur.
Lakin tәәssüf ki, әvvәllәr olduğu kimi, işin bu tәrәfi yenә
dә böyük maddi imkan tәlәb edir. Nümayәndә heyәtinin
sәrәncamında olan pullar isә artıq tükәnmәk üzrәdir vә onun
saxlanması üçün maliyyә vәsaiti ilә tәmin olunması mәsәlәsi
yenә dә bütün kәskinliyi ilә gündәliyә çıxır. Hazırda Avropada
(Almaniya, İtaliya, Fransa) 78 nәfәr azәrbaycanlı tәlәbәnin
olması qarşıda duran problemin ciddiyyәtini daha da artırır.
Onların yaşamaları vә tәhsillәrini davam etdirmәlәri üçün
Bakıdan göndәrilәn vәsait artıq tükәnmişdir vә bizә tәqdim
etdiklәri hesabatdan, elәcә dә tәlәbәlәrin özlәrinin verdiklәri
mәlumatdan da göründüyü kimi, әllәrindәki mәblәğ çәtin ki,
avqustun 1-nә qәdәr çatsın.
Bu şәrait tәhsil almaq üçün gәlәn tәlәbә gәnclәri üzlәşdiklәri,
hәqiqәtәn dә, faciәli vә ümidsiz vәziyyәti bütün detalları ilә