Page 435 - design_Topcubashov_Full_Layout 1
P. 435

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           Şurası sәdrinin adına Azәrbaycanda işlәrin vәziyyәti vә ingilis
           qәzetlәrinin haqqında xәbәr yaydığı hadisәlәrlә bağlı sәhih
           mәlumat göndәrmәk xahişi ilә radio-teleqram yola saldı.
               Eyni gündә vә eyni mәsәlә ilә әlaqәdar Azәrbaycanın
           Konstantinopoldakı nümayәndәsinin adına tәcili teleqram
           vuruldu.
               Sonuncudan mayın 5-dә tәcili teleqramla cavab alındı.
           Orada deyilirdi ki, Azәrbaycanda Mәmmәdhәsәn Hacınskinin
           rәhbәrliyi altında yeni hökumәt yaradılıb. Başqa mәlumat
           yoxdur.
               Bu arada qәzetlәr başdan-başa ziddiyyәtlәrlә dolu xәbәrlәr
           yaymaqda davam edirdilәr. Әlindә etibarlı mәnbәlәrdәn
           alınmış heç bir sәhih mәlumat olmadığından nümayәndә
           heyәti hәmin ziddiyyәtlәrә aydınlıq gәtirmәyә qadir deyildi.
               Tәbii ki, böyük narahatlıq içindә olan, baş vermiş hadisә
           barәsindә kiçicik dә olsa, bir mәlumat әldә etmәk istәyәn
           heyәt bu dәfә artıq Parisdәki ingilis tәmsilçiliyi vasitәsi ilә
           Bakıya ikinci dәfә teleqram vurdu.                          435
               Bu gün artıq mayın 11-i olmasına baxmayaraq,
           göndәrdiyimiz teleqramların heç birinә cavab ala bilmәmişik.
               Qәzetlәr isә әn müxtәlif şәkildә, ziddiyyәtlәrlә dolu vә
           bir-birini tәkzib edәn tәrzdә bizdә, Gürcüstanda, Ermәnistanda,
           hәtta İranda bolşevik hakimiyyәtinin bәrqәrar olduğunu
           xәbәr verirlәr. Bu mәsәlәdә bir tәrәfdәn bolşeviklәr, o biri
           tәrәfdәn isә türk milliyyәtçilәri vә  Azәrbaycan arasında
           qarşılıqlı anlaşmaya әsaslanan münasibәtlәr vә s. vә i.a.
           haqqında yazırlar.
               Nümayәndә heyәti bütün bu tipli xәbәrlәrә necә
           yanaşacağını bilmir, onları nә qәbul, nә dә tәkzib etmәk
           imkanına malik deyil. Çünki indiyә qәdәr Bakıda vә
           ümumiyyәtlә, Azәrbaycanda (әlәlxüsus da Zәngәzurda vә
           Qarabağda) baş vermiş (әgәr doğrudan da bir şey olubsa!)
           hadisәlәr haqqında etibarlı mәnbәdәn heç bir mәlumat әldә
           edә bilmәyib vә bu gün dә әldә edә bilmir...
   430   431   432   433   434   435   436   437   438   439   440