Page 440 - design_Topcubashov_Full_Layout 1
P. 440

Əlimərdan bəy Topçubaşov


                  şәxsәn izah etmәk üçün öz aralarından seçdiklәri yoldaşlarından
                  bir nәfәri – Mirqasımovu 552  Bakıya Sizin yanınıza göndәrmәyә
                  mәcbur edib. Tәәssüf ki, artıq nümayәndә heyәti dә tәlәbәlәrә
                  yardım göstәrmәk üçün heç bir imkana malik deyil vә lazımi
                  vәsaitlә tәmin olunmasa, tezliklә o özü tәlәbәlәrdәn dә pis
                  vәziyyәtә düşәcәk.
                     Nümayәndә heyәti Mirqasımovun Bakıya göndәrilmәsinә
                  hәmin tәlәbәnin Sizin yanınıza düşmәk üçün bütün imkanlarını
                  sәfәrbәr edәcәyi, sonra isә yaxşı xәbәrlә – birlikdә tәhsil
                  aldığı gәnclәr üçün pulla geri dönәcәyi ümidi ilә razılıq
                  verib...
                     Eyni zamanda nümayәndә heyәti tәk bununla kifayәtlәn -
                  mәyәrәk öz tәrkibindәn cәnab Mәhәmmәd Mәhәrrәmovu da
                  Bakıya ezam etmәk qәrarına gәlib. O, artıq iyunun sonunda,
                  yaxud iyulun әvvәllәrindә yola çıxmağa hazırlaşır vә bu
                  mәqsәdlә lazımi mandatla tәmin edilәcәkdir.
                     Nümayәndә heyәtinin yuxarıda göstәrilәn cәtin vәziyyәtdә
                  olduğunu bir daha diqqәtinizә çatdıraraq indiki mәlumatı da
         440
                  әvvәl göndәrdiyim müraciәt kimi xahiş, qanuni tәlәb, nәhayәt,
                  yalvarışla başa çatdırıram: 1) baş verәn hadisәlәr vә
                  Azәrbaycanın indiki gerçәk vәziyyәti ilә әlaqәdar dәrhal
                  әtraflı mәlumatla birlikdә kuryer göndәrilmәsi; 2) nümayәndә
                  heyәtinin vә 78 nәfәr tәlәbәnin saxlanması üçün әvvәlki
                  miqdarda pul vәsaitinin köçürülmәsi.
                     Nümayәndә heyәti üzvlәrinin ailәlәri, yaxınları vә doğmaları
                  barәdә hәr hansı mәlumat burada olanların ürәklәrini
                  minnәtdarlıq hissi ilә dolduracaqdır.
                     Fürsәtdәn istifadә edib bir daha sәmimi hörmәt vә ehtiram
                  hisslәrimi çatdırmağı özümә borc bilirәm.

                                 Azәrbaycan Respublikası sülh nümayәndә
                                            heyәtinin başçısı Ә.Topçubaşov

                          А.М.Топчибаши. Парижский архив. В 4-х книгах,
                                           кн. I. Москва, 2016, с. 440–444.
   435   436   437   438   439   440   441   442   443   444   445