Page 445 - design_Topcubashov_Full_Layout 1
P. 445
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
İrәvan quberniyalarının keçmiş inzibati әrazi bölgüsü üzrә
Beçәkeçmәz dağlarının (Yelizavetpol, İrәvan vә Tiflis
quberniyalarının sәrhәdlәrinin ortaq kәsişmә nöqtәsi) zirvәsinә
qalxır, buradan Yelizavetpol vә Tiflis quberniyalarının inzibati
sәrhәdi boyunca şimala dönür vә Çimal dağının (2465 fut)
zirvәsinә qalxır.
Son olaraq sәrhәd xәtti bir-birinin ardınca Şahәlhәm,
Şahtaxtı, Lialvar, Lecan dağlarından enir vә iki ölkә arasındakı
1
sәrhәd olan Ağlağan dağının zirvәsinә çatır .
QAFQAZ AZӘRBAYCANI RESPUBLİKASI
I
AZӘRBAYCANIN MӘNŞӘYİ – MÜSTӘQİL
XANLIQLAR VӘ
ONLARIN TӘNӘZZÜLÜ
445
Mәnşә
Qafqazın, daha dәqiq desәk, Transqafqazın cәnub-şәrq
bölgәsindә әn qәdim zamanlardan bәri, әsasәn, türk, qismәn
dә tatar tayfalarından ibarәt xalqlar yaşayıblar. Bu tayfalar,
habelә bәzi İran ünsürlәri zaman keçdikcә daha çoxsaylı,
güclü vә enerjili türklәrlә qaynayıb-qovuşublar. Hәmin
qarışma nәticәsindә meydana gәlәn vә Qafqazın bu hissәsindә
yaşayan yerli әhali ölkәnin adı ilә “Azәrbaycan türklәri”,
yaxud daha çox “azәrbaycanlılar” adlandırılıblar.
Köçәri tayfaların hәrәkәt yolu üzәrindә yerlәşәn vә
onların işğalçı müharibәlәrindә hәdәfә çevrilәn Azәrbaycan
Qafqaz dağlarından Xәzәr dәnizinә vә Xәzәr dәnizi arxasındakı
Urmiya gölünә qәdәr geniş bir әrazini әhatә edir. Ölkәyә adı
1 Coğrafi adlar hәr yerdә orijinal mәtndәkinә uyğun şәkildә verilmişdir.
(Tәrc.)