Page 449 - design_Topcubashov_Full_Layout 1
P. 449

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


               A.Vamberi  Azәrbaycan xalqının etnik mәnşәyindәn
           danışarkәn göstәrir ki, İran ünsürlәrinin  Azәrbaycandan
           hansı dövrdә sıxışdırılıb çıxarıldığını söylәmәk çәtindir. Bu
           sual hәlәlik öz elmi hәllini tapmayıb. Amma buna baxmayaraq,
           biz bir neçә fakta müraciәt edәcәyik.
               Azәrbaycanın istәr İrana aid hissәsindә, istәrsә dә Qafqaz,
           yaxud Zaqafqaziyada әhali  Azәrbaycan dilindә danışan
           türklәrdәn ibarәtdir. Onların öz әdәbiyyatı, milli poeziyası,
           adәt-әnәnәlәri vә miflәri mövcuddur. İslamın iki tәriqәti
           (şiәlik vә sünnilik – Tәrc.) Azәrbaycanda geniş yayılıb.
               İntellektual mәdәniyyәt baxımından Azәrbaycan, xüsusәn
           dә onun İran hissәsi qәdim İran әdәbiyyatından әsaslı şәkildә
                                                                557
           tәsirlәnib. Bu әdәbiyyatın әsas nümayәndәlәri olan Firdovsi ,
           Hafiz 558  vә Sәdi 559  azәrbaycanlılar arasında indi dә kifayәt
           qәdәr mәşhurdur, onların әsәrlәrinә tez-tez istinad edilir. Bir
           tәrәfdәn İranın qüdrәtinin azalması vә sosial mәdәniyyәtinin
           daha geniş әrazidә yayılması, digәr tәrәfdәn vә әn әsası,
           ümumilikdә milli şüurun yüksәlişi nәticәsindә Azәrbaycanı   449
           İranla bağlayan tellәrin qırılmaqda olduğu aşkara çıxdı.
               İndi isә gәlin  Azәrbaycanın “Qafqaz  Azәrbaycanı”
           adlandırılan hissәsinә nәzәr salaq. İran  Azәrbaycanına
           toxunmaq niyyәtindә deyilik. Biz qafqazlılar onun sakinlәrinә
           әn yaxşı istәklәrimizi yetirir, qüdrәtli vә mәdәni İran dövlәtinin
           himayәsi altında siyasi vә fәrdi azadlığa nail olmalarını,
           böyük inkişafa, sosial vә siyasi tәrәqqiyә qovuşmalarını
           arzu edirik.
   444   445   446   447   448   449   450   451   452   453   454