Page 451 - design_Topcubashov_Full_Layout 1
P. 451
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
İntellektual yüksәliş
Bütün maneәlәrә baxmayaraq, azәrbaycanlılar kökü Qәrbi
Avropadan gәlәn vә XIX yüzilliyin başlanğıcından etibarәn
Rusiyada sürәtlә yayılmağa başlayan ictimai, siyasi, vәtәndaşlıq
vә dini hüquqlarla bağlı ideyalara hakimiyyәtin gözlәdiyi
şәkildә laqeyd yanaşmadılar. 1860-cı ildәn sonra hәmin
ideyalar Rusiyanın qabaqcıl mәdәni tәbәqәlәrinin şüuruna
hakim kәsildi. İmperiyanın digәr xalqları da bu yeniliklәrә
can atmağa başladılar.
Aydındır ki, mütәrәqqi ideyalara qovuşmaq, intellektual
әlaqәlәr yaratmaq üçün ilk növbәdә özünü öyrәnmәk, öz
millәtini, onun tarixini, müasir vәziyyәtini, ehtiyaclarını,
amal vә ideallarını dәrindәn araşdırıb, müәyyәn nәticәlәrә
gәlmәk lazımdır. Qarşıda dayanan vәzifәnin dәrki xalqın
bütün güc vә intellektual imkanlarının sәfәrbәrliyә alınmasını
tәlәb edir. Rusiyanın hәdә-qorxu vә tәqiblәri bu sahәdә
çalışanları öz yolundan çәkindirmәmişdi. O da hәqiqәtdir
ki, 50 il әrzindә azәrbaycanlılar arasında әdәbiyyat adamları 451
– şairlәr, dramaturqlar, jurnalistlәr, habelә siyasi xadimlәr
yetişmişdilәr, onların çoxu Rusiyada vә xaricdә universitet
tәhsili almışdı. Etnoqrafiya (burada, çox güman ki, daha şox
etnogenez nәzәrdә tutulur – Tәrc.), xalqın etnik mәnşәyi ilә
bağlı mәsәlәlәr günün başlıca mövzusuna çevrilmişdi. Milli
mәktәblәrin yaradılması planlaşdırılırdı, ana dilinin, milli
әdәbiyyat vә tarixin öyrәnilmәsi ciddi vәzifә kimi qarşıya
qoyulur, bu mәsәlәlәrlә bağlı müvafiq proqramlar tutulurdu.
Әcnәbi müәlliflәrin әn yaxşı әsәrlәri tәrcümә olunur, dәrslik
vә müntәxәbatlar tәrtib edilirdi. Xarici ölkә әdәbiyyatlarının
tarixi ilә bir sırada elmi-tәdqiqatlar vә sosioloji әsәrlәr çap
olunurdu. Dövri mәtbuat – jurnallar, qәzetlәr meydana çıxırdı.
Hәmin mәtbu orqanlar azәrbaycanlıları mәdәni millәtlәrin
gördüyü işlәrlә tanış etmәkdә böyük rol oynayırdı.