Page 453 - design_Topcubashov_Full_Layout 1
P. 453
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Taleyin ümidinә buraxılmış Zaqafqaziya millәtlәri seçkili
nümayәndәlәri vasitәsi ilә bütün regionda vahid dövlәt
halında birlәşdilәr. Bu dövlәtin tam qanunvericilik, hüquqi,
inzibati vә maliyyә qüdrәti var idi.
Hәmin dövrdә Tiflisdә tәşәkkül tapan hökumәt kabinetindә
Zaqafqaziya xalqlarının nümayәndәlәri (gürcülәr,
azәrbaycanlılar, ermәnilәr) hakimiyyәti öz aralarında
bölüşdürdülәr.
Seym vә Zaqafqaziya
Dövlәt 132 üzvdәn ibarәt Müәssislәr Mәclisinin
(Zaqafqaziya Seyminin) çağırılmasını zәruri saydı. Üzvlәr
arasında azәrbaycanlı nümayәndәlәr üstünlük tәşkil edirdi,
çünki hәmin xalq özü dә regionda sayca hamıdan çox idi.
Seymin üzvlәri aşağıdakı tәmsilçilәrdәn tәşkil olunmuşdu:
1. Adları çәkilәn millәtlәrin mövcud seçki qanununa
әsasәn ikinci sәsvermә yolu ilә Rusiya Müәssislәr Mәclisinin
seçilmiş nümayәndәlәrindәn; 453
2. Hәr bir xalqın milli tәşkilat vә siyasi partiyaları
tәrәfindәn seçilәn vә seym üzvlәrinin üçdәbir hissәsini tәşkil
etmәli olan nümayәndәlәrdәn.
Seymin 3 nәfәrlik (hәr millәtdәn bir tәmsilçi) rәhbәrliyi
yaradıldı. 1918-ci il aprelin 9-da seym Qafqazın istiqlaliyyәtini
elan edib Azәrbaycan, Gürcüstan vә Ermәnistan Federal
Respublikalarını yaratdı. Bütün Zaqafqaziya xalqları
konfederasiyanın tәşәkkülünü rәğbәtlә qarşıladılar. Onlar
ümid edirdilәr ki, tәbii müttәfiq olduqlarına, bir çox
istiqamәtlәrdә, xüsusәn dә iqtisadi sahәdә mәnafelәri üst-
üstә düşdüyünә görә Zaqafqaziya birliyi çәrçivәsindә öz
siyasi problemlәrini uğurla hәll edә bilәcәklәr.
Seymin gücsüzlüyü
Lakin yeni dövlәt ölkәnin inzibati idarәçiliyindә özünü
doğrulda bilmәdi, Zaqafqaziyanın hәr yerindә millәtlәrin