Page 452 - design_Topcubashov_Full_Layout 1
P. 452
Əlimərdan bəy Topçubaşov
III
ZAQAFQAZİYA SEYMİ 560 VӘ HÖKUMӘT –
ONLARIN ZӘİFLİYİ VӘ SÜQUTU
AZӘRBAYCAN RESPUBLİKASININ
ELAN EDİLMӘSİ
Zaqafqaziya hökumәti
Öz zehni vә maddi qüdrәtini hiss edәn Milli Şura 561
1918-ci il mayın 28-dә müstәqil Azәrbaycan Respublikasının
yaradıldığını elan etdi...
Qafqaz Azәrbaycanı üçün son dәrәcә әhәmiyyәtli olan
bu proseslәrin baş vermәsindә Rusiyanın ictimai vә siyasi
tәnәzzülü, habelә bolşeviklәrin hakimiyyәti zorla әlә keçirmәsi
mühüm rol oynadı. Digәr tәrәfdәn, bütün bu proseslәr
Qafqazın, xüsusәn dә Zaqafqaziyanın düşdüyü vәziyyәtin
452 nәticәsi idi. Hәmin vaxta qәdәr regionda hakimiyyәti әlindә
saxlayan rus dövlәtinin gözlәnilmәdәn Zaqafqaziyadan
çıxarılması da öz rolunu oynadı.
1917-ci il Fevral inqilabının birinci günündәn ali
hakimiyyәtin bolşeviklәrin әlinә keçdiyi 25–27 oktyabra
qәdәr bu region Xüsusi Zaqafqaziya Komitәsi 562 tәrәfindәn
idarә olunurdu. Hәmin komitәnin üzvlәrini Lvov vә
Kerenskinin Müvәqqәti hökumәti tәyin etmişdi. Onlardan
hәrәsi bir millәti tәmsil edirdi (rus, Azәrbaycan, gürcü vә
ermәni). Hamısı IV Dövlәt Dumasının üzvlәri idilәr. Oktyabrda
bolşeviklәr hakimiyyәtә gәldilәr. Onların fәaliyyәti Rusiyadakı
qanunsuzluqları daha da artırdı. Bolşevik hakimiyyәtinin
mövcudluğu bütün ölkә üçün mәşum nәticәlәr verdi. Qeyd
etdiyimiz nәticәlәr özünü ilk növbәdә Rusiyanın mәrkәzi ilә
ucqarları arasında hәr cür әlaqәlәrin kәsilmәsindә göstәrdi.
Qafqaz vә Zaqafqaziya nәinki Petroqrad vә Moskvadan,
hәtta bütün Rusiyadan tәcrid olundu.