Page 457 - design_Topcubashov_Full_Layout 1
P. 457
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
V
AZӘRBAYCANIN BOLŞEVİKLӘRӘ QARŞI
MÜBARİZӘSİ.
BOLŞEVİK VӘ ERMӘNİ HÜCUMLARI
Bolşeviklәrә qarşı mübarizә
Bakının Azәrbaycan üçün әhәmiyyәtini әsaslandırandan
sonra Respublikanın öz paytaxtını bolşeviklәrdәn xilas etmәk
üçün әl atdığı ciddi vә tәxirәsalınmaz tәdbirlәrә keçәk.
Bakıda meydana çıxan bolşevik hәrәkatı Rusiya
bolşevizminin bir qolu idi. Buradakı bolşeviklәr öz sıralarında
әsas etibarilә rus fәhlәlәrini, qulluqçularını, әsgәrlәri vә
dәnizçilәri birlәşdirirdi. Lakin ruslardan tәşkil olunmuş bütün
bu qüvvәlәrә gürcü vә ermәnilәr rәhbәrlik edirdi.
Oktyabr hadisәlәrinә qәdәr hәrәkatın elә bir tәsir gücü
yox idi, ancaq Lenin vә silahdaşları Rusiya paytaxtının
sahibi olduqdan sonra Bakı bolşeviklәri dә onların timsalında
özlәrinә arxa tapdılar. Yeni ağalar hamını, xüsusәn dә ordudan 457
qayıdan әsgәrlәri sıralarına cәlb etmәyә çalışırdılar. Bu, rus
ordusunda tam nizamsızlıq vә anarxiyanın başladığı dövrә
tәsadüf edir. Tiflis vә Bakının bolşevik tәşkilatları Qafqaz,
habelә İran cәbhәsindәn tәrxis olunan әsgәr kütlәlәrindәn
qüvvәlәrini artırmaq üçün hәr vasitә ilә istifadә edirdilәr.
Onlar silahları әlә keçirir, yerli sakinlәri soyub-talayır,
güclәri çatan hәr şeyi daşıyıb aparırdılar. Belәliklә, qısa
müddәt әrzindә Bakı bolşeviklәri çoxlu silah, patron, pulemyot,
zirehli maşın, minik avtomobili, tәyyarә, hәrbi gәmi әlә
keçirdilәr. O dövrdә Rusiyada olduğu kimi, Zaqafqaziyada
da tam özbaşınalıq, anarxiya hökm sürürdü. Cәbhәdәn dönәn
әsgәrlәr heç bir hakimiyyәt tanımır, yalnız bolşevik tәbliğatına
işlәyirdilәr. Bir çox bölgәlәrdә yerli әhali ilә әsgәrlәr arasında
qanlı toqquşmalar baş vermişdi. Dәmir yolları fәaliyyәtsiz
dayanmışdı. Әrzaq qıtlığı günü-gündәn daha kәskin şәkildә
hiss olunmağa başlayırdı.