Page 454 - design_Topcubashov_Full_Layout 1
P. 454

Əlimərdan bəy Topçubaşov


                  mәnafeyi vә vәtәndaşların hüquqlarının müdafiәsindә kifayәt
                  qәdәr әdalәtli münasibәt nümayiş etdirә bilmәdi. Seymin
                  nümayәndәlәri milli maraqları vә siyasi partiyaların mövqelәrini
                  regionun ümumi mәnafeyinә tabe etdirmәkdә bacarıqsız vә
                  naşı olduqlarını göstәrdilәr. Bu da hökumәtә, hәtta bütünlükdә
                  Respublikanın özünә inamı sarsıtdı.
                     Azәrbaycanlılar etiraz sәslәrini daha ucadan bildirdilәr,
                  çünki Zaqafqaziya Federal Respublikasının tәşkili ilә onların
                  başına açılan müsibәtlәr daha da artmışdı. İrәvan vilayәtinin
                  bәzi hissәlәrindә tarixәn mәskunlaşmış azәrbaycanlılar ermәni
                  ordusunun girovuna çevrilmişdilәr. Bu ordu müsәlmanlar
                  yaşayan bütöv bir әrazidә insanları kütlәvi surәtdә qırır,
                  qocalara, qadınlara, hәtta uşaqlara belә amansızcasına divan
                  tutur, yüzlәrlә Azәrbaycan kәndlәrini yandırır, yaxud soyub-
                  talayır, yerlә yeksan edirdi.
                     Hökumәt seymin azәrbaycanlı deputatlarının etiraz sәsini
                  qulaqardına vuraraq vәhşiliklәrin qarşısını almaq üçün heç
         454      bir ciddi ölçü götürmürdü. Bolşeviklәrin Bakını işğal etdiyi
                  vә böyük әrazini әldә saxladığı bir şәraitdә seym üzvlәrinin
                  mövqeyi regiondakı ümumi vәziyyәtlә bir araya sığmırdı.
                     Seymin azәrbaycanlı deputatları Bakı vә kәndlәrinә
                  kömәk üçün dönә-dönә, tәkidli müraciәtlәr edirdilәr. Lakin
                  hökumәt üzvlәrinin әksәriyyәti özlәrini ya eşitmәzliyә vurur,
                  ya da tәmtәraqlı çıxışlarla kifayәtlәnirdi.
                     Belә şәraitdә hökumәtin zәifliyi onun istәyib-
                  istәmәmәsindәn asılı olmayaraq Zaqafqaziya Federal
                  Respublikasının sonrakı mövcudluğunu qeyri-mümkün edirdi.
                  Respublika hüdudlarından kәnarda baş verәn gözlәnilmәz
                  hadisәlәr dә ciddi tәsir göstәrirdi. Belәliklә, Respublika
                  parçalandı. Gürcüstan birinci olaraq federasiyanın tәrkibindәn
                  çıxdı vә elә hәmin gün – 1918-ci il mayın 26-da Gürcüstan
                  Respublikasının yarandığını elan etdi. Bundan sonra
                  Zaqafqaziya sәrhәdlәri daxilindә Azәrbaycan vә Ermәnistan
                  Respublikaları tәşәkkül tapdı.
   449   450   451   452   453   454   455   456   457   458   459