Page 437 - design_Topcubashov_Full_Layout 1
P. 437
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
№ 13
22 iyun 1920-ci il
Paris
AZӘRBAYCAN RESPUBLİKASI
NAZİRLӘR ŞURASININ SӘDRİNӘ
Cәnab sәdr!
Bu il mayın 12-dә rәhbәrlik etdiyim nümayәndә heyәti
adından Parisdәn Sizә 13 saylı mәlumat göndәrmişdim.
Hәmin mәktubda heyәtin Azәrbaycanda, xüsusәn dә Bakıda
aprelin sonlarında (daha dәqiq desәm, 28-dәn sonra) cәrәyan
edәn proseslәrdәn tamamilә bixәbәr qaldığını diqqәtinizә
çatdıraraq bizi göstәrilәn müddәt әrzindә baş vermiş bütün
hadisәlәr haqda mәlumatlandırmaq üçün әn ciddi, tәsirli vә
tәcili tәdbirlәr görülmәsini xahiş etmәk şәrәfinә nail olmuşdum.
12 may tarixli mәlumatı buradan bakılı Hәsәn Dadaşov
aparıb. O, Şeyxәli Dadaşovun 548 nәvәsidir. Hәsәn Dadaşov 437
buradakı tәlәbәlәrimizdәn Cabbarov 549 vә Daqerovla 550
birlikdә mayın 12-dә Parisdәn çıxıb. Onlar Bakıya çatıblarmı,
göndәrilәn mәlumatı Sizә, yaxud hökumәt üzvlәrindәn hәr
hansı bir şәxsә tәqdim ediblәrmi – tәәssüf ki, bu barәdә heç
bir şey mәlum deyil! Nәticәdә nümayәndә heyәti belә kәdәrli
vә biabırçı vәziyyәtә baxmayaraq, istәr aprelin sonlarında
baş vermiş hadisәlәrlә, istәrsә dә bütünlükdә Azәrbaycanda
işlәrin gedişi, ölkәnin daxili şәraiti, hökumәtin xarakteri vә
tәrkibi, ordunun vәziyyәti, qonşu dövlәtlәrlә – Gürcüstan,
İran, Ermәnistan, Şimali Qafqaz (әlәlxüsus Dağıstan), Sovet
Rusiyası ilә әlaqәlәrdәn xәbәrsiz qalmaqda davam edir.
Nümayәndә heyәti әvvәlki kimi yenә dә yalan, uydurma,
әksәriyyәti bir-birini inkar edәn mәlumatlarla kifayәtlәnmәli
olur. Bütün bu mәlumatlar isә Avropa mәtbuatı vә teleqraf
agentliklәri tәrәfindәn әsla etimad doğurmayan mәnbәlәrә
(ermәni, yunan vә s.) istinadәn verilir. Ümumiyyәtlә, belә
çәtin vәziyyәtә düşәn, hәtta әn hәyati әhәmiyyәtli mәsәlәlәrdәn