Page 432 - design_Topcubashov_Full_Layout 1
P. 432
Əlimərdan bəy Topçubaşov
әlaqәdar noyabrın 24-dә London–Tehran–Rәşt vasitәsilә Sizә
teleqram vurmuşam vә surәtini әlavә edirәm (әlavә № 171).
VII
Yudeniç vә Kolçakın mәğlubiyyәti, Denikinin kәdәrli
vәziyyәti, Müttәfiqlәrin ona pul, әrzaq vә sursat yardımından
imtina etmәlәri, Almaniyanın Rusiya ilә yaxınlaşmaq planları,
Pribaltika dövlәtlәrinin bolşeviklәrlә sülh müqavilәsi bağlamaq
cәhdlәri, Amerika Senatı üzvlәrinin böyük әksәriyyәtinin
sülh konfransına, xüsusәn dә Versal müqavilәsinә mәnfi
münasibәti – bütün bunlar ümumilikdә kiçik xalqlar üçün
çox müsbәt haldır, onları ruhlandıran, ümid verәn mühüm
amildir. Mәhz belә bir şәraitdә Lloyd Corcun çıxışı da
tәsadüfi sayılmamalıdır. Heç şübhәsiz, yuxarıda bәhs etdiyim
müsbәt sәciyyәli dönüş dә (söhbәt mәtbuat vә ictimai fikirdә
meydana çıxan dәyişiklikdәn gedir) onun adı ilә bağlıdır.
Belә bir şәraitdә biz dә bütün digәr nümayәndә heyәtlәri
432 kimi sәbirlә tanınacağımız günü gözlәyirik. Biz hәm dә
ümidlә gözlәyirik vә sonun uğurlu olacağına inanırıq. Siyasi
cәhәtdәn vәziyyәtimizin yaxşılaşması, heç şübhәsiz, tanınma
faktı ilә sıx şәkildә bağlıdır. Bununla әlaqәdar Londondan,
hәm dә iki mәnbәdәn müsbәt mәlumat almışıq. Onlardan
biri İran nümayәndә heyәti ilә yaxınlaşmağımız, о biri isә
ümumәn bütün yeni respublikaların vәziyyәti ilә bağlıdır.
Doğrudur, İran heyәti ilә yaxınlaşma mәsәlәsindә son üç
hәftә әrzindә elә bir nәzәrәçarpacaq irәlilәyiş yoxdur. Xarici
işlәr naziri Firuz Mirzә hәlә Londondan qayıtmayıb. Lakin
Britaniya paytaxtında haqqımızda çox müsbәt fikir
söylәndiyindәn xәbәrdarıq. Aldığımız mәlumat başqa
mәnbәdәn dә tәsdiq olunur.
Müstәqil siyasi hәyata qabil xalq kimi ingilislәrin diqqәtini
cәlb etdiyimizi eşitmәk bizә xoşdur. Ona görә dә indi
Londona getmәyin zәruriliyini daha aydın dәrk edirik vә
yәqin ki, çox tezliklә ora yola düşәcәyik.