Page 426 - design_Topcubashov_Full_Layout 1
P. 426
Əlimərdan bəy Topçubaşov
xüsusi bir komitә yaratmasını tövsiyә etdik. Hәm dә bu
zaman gürcü hökumәtinin artıq cәnab Maçabelini 541 Amerikaya
ezam etmәk barәdә qәrar çıxardığını öyrәndik. Cәnab
Çendlerin mәktubunda başqa mәsәlәlәrә dә toxunulur. Onun
fransız dilinә tәrcümәsini mәlumata әlavә edirәm (әlavә № 4).
Noyabrın 10-da Vaşinqtondan göndәrdiyi ikinci mәktubda
(ümumi sayca üçüncü) cәnab Çendler Amerikanın
müstәqilliyimizә münasibәti mәsәlәsinә toxunub. Mәktubdan
görәcәksiniz ki, Birlәşmiş Ştatlar da Kolçak vә digәr
generalların savaşının necә başa çatacağını gözlәyir. Şübhә
yoxdur ki, indi, onların vәziyyәtlәrinin о qәdәr dә yaxşı
olmadığı dövrdә Birlәşmiş Ştatların Dövlәt Departamenti
bizim xeyrimizә sözünü daha qәti şәkildә deyә bilәrdi. Hәm
dә xüsusilә Lloyd Corcun nitqindәn sonra! Bu mәktubun da
fransız dilinә tәrcümәdә tam mәtni mәlumata әlavә edilir
(әlavә № 5 ).
Cәnab Robinovun noyabrın 3-dә Vaşinqtondan göndәrdiyi
426 mәktub. O, bizdәn ötrü Amerika bazalarından 108 müxtәlif
mallar şәklindә alınan kredit barәdәdir. Mәktubda hәmçinin
“Standart Oil Company” tәmsilçilәri ilә danışıqlardan,
ermәnilәrlә bağlı vәziyyәt vә cәnab Çendlerlә әlaqәlәrindәn
dә bәhs edir. Bizim vә gürcülәrin cәnab Robinovu әmәkdaşlıq
üçün dәvәt etdiyimiz әsas vәzifәyә – kredit mәsәlәsinә
gәldikdә isә, yalnız bir iş görülüb. Amerika hökumәtinin
ayırdığı 15 milyon dollar kreditin Omsk hökumәtinin 542
zәmanәti әsasında verilmәsinә etiraz bildirilib. Etirazın
nәticәsi haqda hәlәlik heç nә mәlum deyil. Daha sonra
cәnab Robinov şәxsi tәşәbbüsü ilә neftlә bağlı mәsәlәlәrlә
mәşğul olmağa başlayıb. Bәlkә, bu istiqamәtdә o, hәqiqәtәn
dә, nәyәsә nail ola bilәr. Lakin biz cәnab Robinova belә bir
vәzifә hәvalә etmәmişik. Odur ki, mәn dәrhal teleqram
göndәrib istisnasız şәkildә yalnız kredit mәsәlәsi ilә
maraqlanmasını xahiş etdim. Tәәssüf ki, cәnab Robinov özü
artıq bura qayıtmağı qәrara alıb vә yazdığına görә, dekabrın