Page 424 - design_Topcubashov_Full_Layout 1
P. 424
Əlimərdan bəy Topçubaşov
kapitallarını rus istiqrazları vә rus müәssisәlәrinә qoymuş
burjua ünsürlәrinin tәsiri kifayәt qәdәr güclüdür. Amma
istәnilәn halda sosialistlәrin simasında biz keçmiş Rusiyanın
daxili işlәrinә qarışmamaq siyasәtinin ardıcıl tәrәfdarlarına
malik idik. Onlar din, dil vә irq baxımından ruslardan
fәrqlәnәn xalqların keçmiş Rusiyadan ayrılması ideyasına
rәğbәtlә yanaşırdılar. Tezliklә ölkәdә prezident seçkilәri
keçirilәcәk vә Fransa Respublikasının prezidenti postuna
Klemansonun sahib çıxacağı güman edilir.
Doğrudur, Fransada sosialistlәr mәğlub oldular, lakin
qonşu İtaliya vә Belçikada onların nümayәndәlәri qәlәbә
çalıblar. Bu ölkәlәrdә seçkilәr Fransa ilә eyni vaxtda keçirilirdi.
Hәr iki ölkә Parlamentindә sosialistlәr xeyli deputat yeri
qazanıblar.
II
Hәr halda mәtbuat vә ictimai fikirdә baş verәn dönüş
424 (bu haqda 10 saylı mәlumatda yazmışdım) getdikcә daha da
genişlәnir. Әgәr hәtta bu gün (noyabrın 29-da) Parisin әn
sağ tәmayüllü qәzetlәrindәn olan “L’Action Française” 533
ingilis hökumәtinin Leninlә danışıqlar apardığını qeyd edәrәk
indiki Rusiyanı öz ixtiyarına (yәni bolşeviklәrә) buraxan vә
çar Rusiyası әrazisindә meydana çıxmış dövlәtlәrә himayәdarlıq
göstәrәn ingilis siyasәtinin tәhlükәli xarakter daşıdığını
bildirirsә, bir neçә gün әvvәl başqa bir sağ tәmayüllü klerikal
qәzet – “La Croix” 534 Ermәnistan Respublikası haqda
danışarkәn Azәrbaycan barәsindә dә müstәqil mövcudluq
qabiliyyәtinә malik ölkә kimi bir çox xoş sözlәr demişdi.
Lakin yuxarıdakı qәbildәn olan faktlar içәrisindә
İngiltәrәnin baş naziri Lloyd Corcun noyabrın 17-dә İcmalar
Palatasında söylәdiyi nitq xüsusilә diqqәtәlayiq hadisә
sayılmalıdır. Britaniya hökumәtinin başçısı öz nitqindә
yenidәn Rusiyanın tәrkibinә daxil olmaq istәmәyәn ölkәlәr
kimi iki dәfә Azәrbaycan, Gürcüstan vә Ermәnistanın adını