Page 411 - design_Topcubashov_Full_Layout 1
P. 411

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           (bax: sәh. 6, ingilis dilindә; sәh. 7, rus dilindә) yerinә yetirin.
           Açığını desәm, mәn hәlәlik işә ümidsiz yanaşıram. Әgәr
           borcun mәnşәyini vә hәcmini müәyyәn etmәk mümkün olsa,
           bu, artıq başqa mәsәlәdir. Onu aydınlaşdırmaq isә çoxlu
           vaxt tәlәb edir vә nümayәndә heyәtinin tәminatını belә
           mürәkkәb şәrtlәrә bağlamaq olmaz. Mәnim mәslәhәtim:
           dәrhal Azov-Don bankı ilә әlaqә yaradın, әmәkdaşlıq etdiyiniz
           hәmin bank vasitәsilә hesabımıza bir milyon frankdan az
           olmayan mәblәğ keçirin. Artıq burada olan Nobel qardaşları
           vasitәsilә bir dәfә belә bir köçürmә әmәliyyatı aparmısınız.
           Biz hәmin bankdan 300 min frank almışıq.
               Bütün bunlar barәdә xәbәr verәrәk vә borcumu yerinә
           yetirәrәk tәkrarәn bir daha diqqәtinizә çatdırır vә xәbәrdarlıq
           edirәm ki, maliyyә baxımından nümayәndә heyәti olduqca
           acınacaqlı vәziyyәtdәdir. Bu isә öz növbәsindә bizi son
           dәrәcә zәruri vә faydalı addımlar atmaqdan çәkindirir.
           Mövcud şәraiti nәzәrә almağınızı vә vәsaitlә mümkün qәdәr
           tez tәmin olunmağımız üçün әn qәti vә tәcili tәdbirlәr      411
           görmәyinizi xahiş edirәm. Eyni zamanda hәmin tәdbirlәr
           barәdә bizә dәrhal xәbәr vermәyinizi dә xahiş edirәm.
               Buraya qәdәr yazdıqlarımla başçısı olduğum heyәtin
           sentyabrın 25-dәn, yәni Mәmmәdhәsәn Hacınski vasitәsilә
           Sizә sәkkiz saylı mәlumat göndәrilәndәn indiyә qәdәr
           gördüyü işlәr vә yaranmış vәziyyәtlә bağlı hesabatımı başa
           çatdırıram. Lakin aradan keçәn vaxt әrzindә son dәrәcә
           böyük әhәmiyyәtә malik hadisә baş vermişdir ki, mәlumatı
           yazıb bitirdikdәn sonra onun barәsindә ayrıca söz açmaq
           istәyirәm.
               Göstәrilәn müddәt әrzindә nümayәndә heyәtinin
           hәyatındakı mühüm hadisә Hindistan müsәlmanlarının
           rәhbәrlәri, xüsusәn dә indiki İran tәmsilçilәri ilә
           yaxınlaşmağımız olub. Bu hadisәlәrin tarixi oktyabrın 30-dan
           (mәtndә sәhv gedib, sentyabrın 30-u olmalıdır –  Tәrc.)
           başlanır. Hәmin gün Hindistan müsәlmanlarının tanınmış
   406   407   408   409   410   411   412   413   414   415   416