Page 408 - design_Topcubashov_Full_Layout 1
P. 408

Əlimərdan bəy Topçubaşov


                  da, onun indiyә qәdәrki fәaliyyәtindә sadәcә partiya
                  maraqlarına deyil,  Azәrbaycanın mәnafelәrini әsas tutan
                  ümumi mülahizәlәrә әsaslandığını bildirmәyi özümә borc
                  sayıram.
                     Mәncә, bu vәziyyәt nümayәndә heyәtimiz üçün müsbәt
                  haldır vә onun üzvlәrinә şәrәf gәtirir.
                     Әgәr rәsmi mәktubun mәzmunu ilә bağlı irәli sürdüyüm
                  mülahizәlәri nәzәrә alsaq, onda mәnim, Mәhәrrәmovun vә
                  Atamalıbәyovun düşdüyü xoşagәlmәz vәziyyәt aydınlaşar...
                  Mәsәlәyә şәxsi xarakter vә istiqamәt vermәk fikrindәn uzaq
                  olduğumdan heyәt üzvlәri ilә söhbәtdәn sonra Şeyxülislamov,
                  Mәhәrrәmov vә  Atamalıbәyova tәklif etdim ki, Sosialist
                  partiyasının üzvlәri kimi, mәsәlәni birlikdә araşdırsınlar.
                  Yenidәn hәr biri ilә ayrılıqda söhbәt etdim. Deyәsәn, burada
                  biz hamımız belә bir nәticәyә gәlmişik: nümayәndә heyәtinin
                  sentyabr qәrarına әsasәn, Mәmmәdhәsәn Hacınskinin ardınca
                  (bu barәdә doqquz saylı mәlumatda yazmışdım) Mәhәrrәmov
         408      sentyabr ayında Bakıya ezam olunur. Abbas bәy Atamalıbәyov
                  isә mәsәlә aydınlaşana qәdәr heyәtin katibi vәzifәsini icra
                  edәcәkdir.

                                           VIII
                     Lakin qarşımızda daha hәssas mәsәlә dayanır –
                  nümayәndәliyin maddi vәsaitlә tәmin olunması! Bu barәdә
                  yenidәn danışmaq, tәkrarәn eyni mövzuya qayıtmaq mәnә
                  çәtindir. Axı hәlә Konstantinopoldan göndәrdiyim 4–5 mart
                  tarixli ilk mәlumatımdan başlayaraq bütün sonrakı
                  müraciәtlәrdә vәsait mәsәlәsindәn bәhs etmişdim. Lakin
                  ilkin mәlumatlarda xahişim yalnız indiki şәraitdә pulun
                  köçürülmәsi ilә bağlı çәtinliklәrdәn doğan xәbәrdarlıq
                  xarakteri daşıyırdı. Çәtinliklәri qabaqcadan görürdüm, ona
                  görә dә hәr dәfә maddi tәminat mәsәlәsini yada salırdım,
                  maliyyә problemlәrinә diqqәt yetirilmәsini xahiş edirdim.
                  Nümayәndә heyәtinin indiki vәziyyәti pul vәsaiti ilә әlaqәdar
   403   404   405   406   407   408   409   410   411   412   413