Page 404 - design_Topcubashov_Full_Layout 1
P. 404
Əlimərdan bəy Topçubaşov
Bu qrupla Dövlәt Dumasının keçmiş üzvü Sәdri Maqsudov
görüşür. O, çoxdan buradadır. Kazandan bolşeviklәrin әlindәn
qaçıb canını qurtarıb. Volqaboyu müsәlmanlarının milli-
mәdәni muxtariyyәtinin tәmsilçisi kimi fәaliyyәt göstәrir.
Belә tәmsilçi qismindә sülh konfransına müvafiq memorandum
tәqdim edib. Memorandumun bir nüsxәsini dә bizә çatdırmağa
söz verib. Azәrbaycan vә Türküstanın müstәqilliyinin qızğın
tәrәfdarıdır. Bizim ölkәlәrin müstәqillik qazanmasının
Volqaboyu vә Mәrkәzi Rusiya müsәlmanları üçün dә faydalı
olacağını yaxşı başa düşür. Hәtta Kolçakın adına iki dәfә
teleqram göndәrmәsinә baxmayaraq, vәtәni ilә hәr hansı
şәkildә әlaqә saxlamaq imkanından mәhrumdur. Maddi
yardım tәklifi müqabilindә minnәtdarlığını bildirdi. Hәlәlik
vәsaitinin olduğunu dedi.
Bu yaxınlarda “Le Temps” qәzetinin müxbirlәrindәn
biri, mәşhur “Nadot” 526 yanımda oldu. O, tanınmış fransız
jurnalistidir, rusca yaxşı danışır vә Rusiyaya bәlәddir. Uzun
404 müddәt rus paytaxtlarında yaşayıb, rus-yapon müharibәsi vә
sonuncu müharibә (Birinci Dünya müharibәsi – Tәrc.) zamanı
Rusiya Baş Qәrargahında hәrbi müxbir olub. Oktyabr inqilabı
zamanı Moskvada imiş. Burada bolşeviklәr onu hәbs ediblәr.
Dörd ay yarım zindanda qalıb. İndi, ümumiyyәtlә, rusların
әleyhinәdir, yeni yaranmış respublikalarla maraqlanır.
Haqqımızda yazmağı vәd etdi. Ancaq bu işi seçki kampaniyası
qurtarandan sonra görәcәyini bildirdi. Rusiyanın yenidәn
bәrpası mәsәlәsinә inamsızlıqla yanaşır. “Hayastan” qәzetinin
redaktoru Arşak Safrastyan 527 da görüşümә gәlmişdi. O,
Londonda yaşayır. 1918-ci ilin sentyabrında Bakı azad
edilәrkәn ingilis zabiti kimi orada olub. Bakıda, Tiflisdә,
Yelizavetpolda bizimkilәrin çoxu ilә görüşüb, İrәvana gedib.
Müsәlmanlarla ermәnilәrin düşmәnçiliyinә heç bir әsas
olmadığı qәnaәtindәdir. Çünki hәmişә mehriban qonşu kimi
yaşayıblar. Onun fikrincә, “bu vaxta qәdәr ermәnilәrә çox
ziyan vuran vә yenә ziyan vurmaqda davam edәn” daşnaklar