Page 401 - design_Topcubashov_Full_Layout 1
P. 401

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           himayәsindәn tәdricәn qurtulub müstәqil hәyatını tәmin edә
           bilәr. “Qәyyumluqdan ilk növbәdә sizin Azәrbaycan özünü
           qurtarmalıdır!” – deyә polkovnik Haskel xәritәdә Azәrbaycanı
           göstәrәrәk bildirdi. Görünür, ölkәmiz onda çox yaxşı tәәssürat
           yaradıb. Әlbәttә, bütün bunları eşitmәk bizә xoş idi.
               Denikin tәrәfdәn gözlәnilәn tәhdidlәrlә bağlı hәyәcanımızın
           müqabilindә polkovnik bildirdi ki, onun fikrincә, Denikin
           ordusu nәinki bizә, heç Dağıstana vә Şimali Qafqaza da
           tәhlükә törәdә bilmәz. “Әlbәttә, onun qoşunları hәmin
           rayonları, о cümlәdәn dә Dәrbәndi tutacaq, lakin bu, müvәqqәti
           xarakter daşıyacaq. Mәrkәzi Rusiyada Denikinin kifayәt
           qәdәr çox işi var. Sizi inandıra bilәrәm ki, sülh konfransı
           artıq Şimali Qafqazda Denikin üçün demarkasiya xәtti
           müәyyәnlәşdirib vә o, hәmin xәtdәn cәnuba doğru hәrәkәt
           edә bilmәz”.
               Ermәnilәrlә bağlı mәsәlәyә qayıdaraq polkovnik Haskel
           izah etdi ki, amerikalılar indiyәdәk “ermәni” deyәndә yalnız
                                                                       401
           onların Amerikada yaşayan tәmsilçilәrini göz önünә gәtirirdilәr.
           Hamı bu ermәnilәrdәn danışır, hamı onları әzabkeş sayırdı.
           “Missiyalarımızın Türkiyә vә Qafqaza göndәrilmәsi vә bu
           işdә çoxlu amerikalının iştirakı hәr cәhәtdәn faydalı olub.
           İndi artıq inanırıq ki, “nә bütün ermәnilәr yaxşıdırlar, nә dә
           bütün türklәr eyni dәrәcәdә pisdirlәr”. Daha sonra o, xәritәdә
           Türkiyә vә Qafqazı göstәrib әlavә etdi: “Bax bu ölkәlәri
           ümumi bir mandat altında birlәşdirmәk olardı. Lakin Amerika
           hәmin mandata sahib çıxmaq niyyәtindә deyil”.
               Vidalaşmazdan әvvәl polkovnik dedi ki, gәlәn hәftәnin
           çәrşәnbә, ya da cümә axşamı Tiflisә qayıdacaq, әgәr poçtumuz
           olsa, onu mәmnuniyyәtlә götürә bilәr. Cavabında polkovnik
           Reyә mәktub göndәrәcәyimi dedim. Daha sonra ona
           minnәtdarlığımı ifadә etdim vә ümid etdiyimi bildirdim ki,
           yola düşәnә qәdәr görüşmәk vә yaşadığımız oteldә duz-
           çörәk kәsmәk imkanımız olacaq.
   396   397   398   399   400   401   402   403   404   405   406