Page 402 - design_Topcubashov_Full_Layout 1
P. 402
Əlimərdan bəy Topçubaşov
Gördüyünüz kimi, bütün müddәt әrzindә (sentyabrın
26-dan başlayaraq) әsas etibarilә amerikalılarla ünsiyyәtdә
olmuşuq. Tanınmış ingilislәrlә, tәbii ki, danışmaq imkanı
tapa bilmәmişik. Amma bunun öz sәbәblәri var vә hәmin
sәbәblәrdәn aşağıda bәhs edәcәyәm.
Digәrlәrinә gәldikdә, ötәri şәkildә Milyukovu görmüşәm.
Lakin hәmin ötәriliyin müqabilindә mәşhur rus sosialisti
Çaykovski ilә yaxından tanış olmuşam. Onun әvvәlki
fәaliyyәti vә rus sosializminin rәhbәrlәrindәn biri kimi
cәmiyyәtdәki diqqәtәlayiq mövqeyi әn azı Rusiyanın keçmiş
ögey oğullarına münasibәtdә fikirlәrini bilmәyә vadar edirdi.
Lakin tәәssüf ki, Şimali Arxangelsk hökumәtinin 521 sәdri
adlanan Çaykovski bütün keçmiş çar sәfirlәri vә elçilәri
kimi (onların barәsindә artıq Sizә yazmışam) “vahid vә
bölünmәz Rusiya” ideyasının qızğın tәrәfdarlarından, hәtta
deyәrdim ki, apologetlәrindәn biridir. Tez-tez hәqiqi
demokratiya vә rus sosializminә istinad edәn cәnab Çaykovski
402 Ümumrusiya Müәssislәr Mәclisinin çağırılması üçün Kolçak
vә Denikinin “qәlәbә”lәrini gözlәyir. Bu Mәclisi o, Rusiyanın
nicat tapmasının, habelә ölkәdәn ayrılmış hissәlәrin yenidәn
“ana vәtәn”in ağuşuna qaytarılmasının alfa vә omeqası sayır.
“Siz bolşeviklәrlә bu cür çılğınlıqla döyüşәn generallarımıza
inanmırsınız, lakin bolşeviklәr mәğlub edilәndәn sonra
generallar çәkilib gedәcәklәr, Rusiyanı isә demokratiya idarә
edәcәk”.
Hadisәlәrә bu şәkildә yanaşan cәnab Çaykovski Xәzәr
donanmasının Denikinә verilmәsini daha doğru sayır: “Axı
bu, Azәrbaycan donanması deyil, rus donanmasıdır”. O,
mәni sәhәr yemәyinә dәvәt etmişdi. Burada, bilirsinizmi,
kimә rast gәldim? Rostovdan Dövlәt Dumasının keçmiş
üzvü, naxçıvanlı ermәni Acemova! 522 Hәmin Acemov bütün
cәbhәlәrә işlәyir (özü etiraf etdi). O, ermәnilәrә öz
“mәslәhәtlәri” ilә kömәk edir, lakin eynu zamanda hәm dә
rus dövlәtçiliyinin xilaskarları arasında özünә yer tutub...