Page 407 - design_Topcubashov_Full_Layout 1
P. 407
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Siyahısını cәnab Bıkovun gәtirdiyi dәrman maddәlәrinә
gәldikdә isә, biz әvvәllәr dә bu dәrmanların pulsuz (Amerika
Qırmızı Xaç Cәmiyyәtindәn), yaxud әn ucuz qiymәtә alınması
ilә bağlı müәyyәn tәdbirlәr görmüşük. Yeni siyahını lazımi
yerә çatdırdıq vә bu günlәrdә hansı yolla olursa-olsun, onları
almağa vә bәlkә dә, artıq Brestdәn Marselә yola salınmış
200 qutu xәstәxana camaşırı ilә birlikdә göndәrmәyә ümid
edirik.
Lakin ümumәn nәqliyyatla bağlı çәtinliklәr olduğuna
görә hәmin lәvazimatın nә zaman göndәrilәcәyini dәqiq
söylәmәk çәtindir.
Bu fәsli cәnab Atamalıbәyovla bağlı yaranmış vәziyyәti
qeyd etmәklә başa çatdırmaq istәyirәm. O, başqa sәnәdlәrlә
birlikdә xarici işlәr naziri cәnab Cәfәrovun imzaladığı
mәktubu da gәtirib. Mәktubda bildirilir ki, Parlamentdәki
Sosialistlәr fraksiyası Mәhәrrәmovu Atamalıbәyovla әvәz
etmәk barәdә qәrar çıxarıb. Daha sonra göstәrilir ki, әgәr
Mәhәrrәmovla mәnim hәr hansı etirazımız yoxdursa, 407
fraksiyanın qәrarı hökumәt tәrәfindәn dә etirazla qarşılanmır.
Deyәrdim ki, qarşımıza çox çәtin, hәtta müәyyәn şәrtlәr
daxilindә hәlledilmәz mәsәlә qoyulub – tәsәvvür edin ki,
cәnab Mәhәrrәmov tәrәfdәn heç bir maneә yoxdur, lakin
mәnim tәrәfimdәn var, yaxud әksinә. Bәs onda necә olsun?
Hәr şeydәn öncә diqqәtinizә çatdırmalıyam ki, indiki
şәraitdә әvәz edәnin әvәzlәnәn şәxsin işini görәcәyini vә ya
görә bilmәyәcәyini öncәdәn nәzәrә almadan mexaniki şәkildә
bir adamın digәri ilә dәyişdirilmәsi, çәtin ki, mәqbul sayıla
bilәr. Әlbәttә, nümayәndә heyәtinin tәrkibini yeni şәxslәrlә
tamamlamaq niyyәti başa düşülәndir. Lakin bu vә ya digәr
situasiyaların nәzәrә alınmasını tәlәb edәn mülahizәlәr göz
önünә gәtirilmәdәn aparılan belә әvәzetmәnin işә faydalı
olacağını düşünmürәm. Sonra Parlamentin qәrarına istinad
edilir. Әlbәttә, bunun әleyhinә deyilәm. Lakin nümayәndә
heyәti ayrı-ayrı partiyalara mәnsub şәxslәrdәn tәşkil olunsa