Page 413 - design_Topcubashov_Full_Layout 1
P. 413
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
kömәk edә bilәr. Yalnız hәmin birliyin formasını müzakirә
etmәk vә bundan ötrü hәr iki nümayәndә heyәtinin üzvlәrindәn
ibarәt bәrabәrhüquqlu qarışıq komissiya yaratmaq lazımdır”,
– deyә İran naziri çıxışının sonunda bildirdi. Biz razılaşdıq
vә oktyabrın 28-dә tәklifi müzakirә edәrәk Mehdiyevlә
Hacıbәylini müştәrәk komissiyanın tәrkibinә seçdik. Farslar
isә Zәkaülmülkü vә Müstansәrüs-Sәltәnәni 530 göndәrmişdilәr.
Oktyabrın 29-da komissiyanın ilk iclası keçirildi, ümumi
fikir mübadilәsi aparıldı. Müzakirәlәr zamanı heyәtimizin
üzvlәri Azәrbaycanın müstәqilliyi mәsәlәsindә son dәrәcә
qәtiyyәtli mövqe tutduğumuzu bir daha bәyan etdilәr. Fars
nümayәndәlәri isә bizim dövlәt müstәqilliyimizә qarşı heç
bir bәd niyyәtlәrinin olmadığını yenidәn nәzәrimizә çatdırdılar.
İclas oktyabrın 30–31-dә, habelә noyabrın 1-dә davam
etdi. Sonra nәticәlәrin müzakirәsinә başlanıldı. Sonuncu
iclasda tәmsilçilәrimiz nümayәndә heyәtinin ümumi razılığı
ilә aşağıdakı dörd maddәni tәklif etdilәr:
413
I
Azәrbaycan nümayәndә heyәti tәrәfindәn sülh konfransına
verilәn tәlәblәrdә vә xәritәlәrdә göstәrilmiş sәrhәdlәr daxilindә
Qafqaz Azәrbaycanı Rusiyada hәr hansı siyasi quruluş vә
dövlәt idarәçiliyi formasının mövcudluğundan asılı olmayaraq,
bu ölkәdәn birdәfәlik, qәti vә hәmişәlik ayrılır.
II
Qafqaz Azәrbaycanının göstәrilәn sәrhәdlәri daxilindә
1918-ci il mayın 28-dәn paytaxtı Bakı şәhәri olmaqla qurulan
Azәrbaycan Respublikası seçkili Prezidentә vә Parlamentә
malik azad, müstәqil vә demokratik Respublika kimi tanınır.
Prezident vә Parlament ümumi seçki hüququ әsasında
Azәrbaycan hökumәti tәrәfindәn çağırılan Azәrbaycan
Müәssislәr Mәclisinin qәbul etdiyi qәrarlar әsasında fәaliyyәt
göstәrirlәr.