Page 390 - design_Topcubashov_Full_Layout 1
P. 390
Əlimərdan bəy Topçubaşov
№ 10
6–10 noyabr 1919-cu il
AZӘRBAYCAN RESPUBLİKASI
NAZİRLӘR ŞURASININ SӘDRİNӘ
Cәnab Sәdr!
Bu mәlumat iki hәftә әvvәl, cәnab Berlin yola düşmәyә
hazırlaşan zaman göndәrilmәli idi. Lakin aydınlaşdırılması
ciddi әhәmiyyәt kәsb edәn vacib mәsәlәyә görә cәnab Berlini
lәngitmәk lazım gәldi vә nәticәdә o, yalnız indi, noyabrın
10-da buradan çıxmaq imkanı әldә etdi.
Onunla hazırkı mәlumatı, әlavә sәnәdlәri, habelә fransız
vә ingilis dillәrindә broşürlәrimizi, jurnal, kitab vә qәzetlәri
Sizә göndәrmәyi özümә şәrәf bilirәm. Göndәrilәn materialların
siyahısı әlavә edilir.
Bildirmәk istәyirәm ki, cәnab Berlin, gediş-gәliş dә daxil
390 olmaqla, sәfәrini 25 günә başa vurmaq niyyәtindәdir. Başqa
sözlә desәm, Bakıda yalnız bir neçә gün qala bilәcәk. Bu
müddәtdә mәlumatla bağlı әtraflı cavab yazmaq, habelә
istәdiyimiz bütün sәnәd vә materialları hazırlayıb göndәrmәk
vacibdir.
Nәhayәt, bundan sonra da nümayәndә heyәti diplomatik
kuryer kimi cәnab Berlinin xidmәtindәn istifadә etmәk
niyyәtindәdir. Ona görә dә hökumәt bu vә ya digәr mülahizәlәrә
görә bir maneә görmürsә, Bakıdan yola düşәrkәn cәnab
Berlini lazım olan viza vә sәnәdlәrlә mütlәq tәmin etmәlidir.
I
Oktyabrın 19-da (Mirzә Rza xan vasitәsilә) Sizә göndәrilәn
mәktubda oktyabrın 8-dә sәkkiz respublika tәrәfindәn sülh
konfransına tәqdim olunmuş nota haqqında yazmışdım.
Notanın layihәsi Estoniya, Latviya, Litva, Belarusiya,
Ukrayna, Kuban, Şimali Qafqaz, Gürcüstan, Azәrbaycan vә