Page 391 - design_Topcubashov_Full_Layout 1
P. 391
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Ermәnistan nümayәndә heyәtlәrinin keçirdiyi yığıncaqlarda
müzakirә olunmuşdur.
Nәticәdә Ermәnistan vә Belarusiya sәnәdi imzalamaqdan
boyun qaçırdılar. Hәm dә Belarusiya qonşuları ilә birlikdә
belә bir tәdbirdә iştirakının mümkünsüz olduğunu әvvәlcәdәn
bәyan etmişdi.
Ermәnistan nümayәndәsi doktor Ohancanyan isә iclaslarda
iştirak etdi, amma sonra bildirdi ki, ermәni heyәti
respublikaların tanınmasından söhbәt gedәn bir notanı
imzalaya bilmәz. Çünki onlar, yәni ermәnilәr belә fikirdәdirlәr
ki, Versal müqavilәsi ilә artıq tanınıblar. Daha sonra
Ohancanyan әlavә etdi ki, әgәr onlar, yәni ermәnilәr türklәr
vә Denikin arasında seçim mәcburiyyәti qarşısında qalsalar,
tәbii ki, sonuncunu üstün tutacaqlar.
Notanın surәtlәri Antanta dövlәtlәri nümayәndәlәrinә
tәqdim edilib, habelә qәzetlәrdә (“Le Temps”, 12 oktyabr,
№ 21279 vә b.) çap olunub. Lakin әvvәllәr istәr kollektiv
şәkildә, istәrsә dә ayrılıqda verilәn eynimәzmunlu, yәni 391
müstәqilliyin tanınması ilә bağlı notaların hamısı kimi,
hazırkı nota da sülh konfransı, daha dәqiq desәm, Müttәfiqlәrin
Ali Şurası (“Le Conseil Supreme inter Alliees”) tәrәfindәn
cavabsız buraxıldı. Fransa xarici işlәr naziri Pişonun rәhbәrliyi
altında fәaliyyәt göstәrәn Şuranın tәrkibinә artıq Antanta
dövlәtlәrinin baş nazirlәri deyil, ikinci dәrәcәli şәxslәr
daxildir. Notanın fransız vә ingilis dillәrindәki surәtlәrini dә
mәlumata әlavә edirәm (әlavә № 1, 2).
II
Mәmmәdhәsәn Hacınski Parisdәn yola düşәndәn bir gün
sonra gürcülәrlә birgә dәvәt etdiyimiz V.Çandler dә Amerikaya
döndü. Getmәzdәn әvvәl mәn vә Avalov onunla xeyli söhbәt
etdik, geniş mәlumat vә lazımi tәlimatlar verdik.
Çendler burada qaldığı müddәtdә artıq Azәrbaycan vә
Gürcüstanın vәziyyәtini öyrәnib. Mәn ona çap etdiyimiz