Page 385 - design_Topcubashov_Full_Layout 1
P. 385
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Konfransa vә Müttәfiq dövlәtlәrin bütün nümayәndәlәrinә
tәqdim edilib.
Tiraj Amerikaya yola salınır. 50 nüsxә dә Sizә göndәririk.
Konfransa vә Müttәfiq dövlәtlәrin bütün nümayәndәlәrinә
fransızca memorandumun tәqdim olunması haqqında mәktubun
surәti (bax: әlavә № 6).
Qars vilayәtinin Ermәnistan Respublikasına birlәşdirilmәsi,
habelә Naxçıvan, Şәrur–Dәrәlәyәz, Sürmәli qәzalarının vә
İrәvan quberniyasının bir hissәsinin hәmin respublikanın
idarәçiliyinә verilmәsi ilә әlaqәdar avqustun 16-da konfransa
vә Müttәfiq dövlәtlәrin nümayәndәlәrinә tәqdim edilmiş
etiraz notası (bax: әlavә № 7).
Azәrbaycan vә Gürcüstan arasında ittifaq müqavilәsinin
surәtinin konfransa vә Müttәfiq dövlәtlәrin nümayәndәlәrinә
iyunun 28-dә tәqdim olunması barәsindәki mәktubun surәti
(bax: әlavә № 8).
Xarici işlәr naziri Cәfәrovun 25 avqust tarixli teleqramının
surәtinin sentyabrın 1-dә konfransa vә Müttәfiq dövlәtlәrin 385
nümayәndәlәrinә verilmәsi barәsindә mәktubun surәti (bax:
әlavә № 9).
Sentyabrın 9-da Cәfәrovun 26 avqust tarixli teleqramının
surәti ilә birlikdә Könüllü Ordunun tәcavüzkar hәrәkәtlәri
barәsindә konfransa vә bütün Müttәfiq dövlәtlәrin
nümayәndәlәrinә tәqdim olunmuş etiraz notası (bax: әlavә
№ 10).
Sentyabrın 10-da İngiltәrәnin xarici işlәr naziri Balfura
göndәrdiyim (ingiliscә) mәktubun surәti (bax: әlavә № 11).
Konfransın tәrkibindә Qafqaz işlәri üzrә xüsusi
komissiyanın yaradılması barәsindә sentyabrın 17-dә gürcülәrlә
birlikdә konfransa vә bütün Müttәfiq dövlәtlәrin nümayәn -
dәlәrinә tәqdim edilmiş әrizә (bax: әlavә № 12).
İngiltәrәnin “Kosmos” kompaniyası ilә ilkin müqavilә
layihәsi vә mәktub (bax: әlavә № 13).
Amerikalı Maks Robinovla 504 bağlanmış müqavilәnin
surәti (bax: әlavә № 14).