Page 382 - design_Topcubashov_Full_Layout 1
P. 382

Əlimərdan bəy Topçubaşov


                  yaşamasına imkanımız çatan qәdәr tәsir göstәrmәyimizi
                  xahiş etdi. Gürcülәr (gürcü dilini bilir) vә ermәnilәrlә dә
                  görüşdü. Eyni gündә dә Qafqaza yola düşdü, general Harbord
                  da çox tәlәsirdi. Ona görә dә mәni qәbul etmәyә vaxtı
                  çatmadığını bildirmәk üçün zabitlәrindәn birini yanıma
                  üzrxahlığa göndәrmişdi. Әvәzindә isә polkovnik Reylә 500
                  bir neçә dәfә görüşdüm. Çox ürәyәyatan adamdır. Azәrbaycana
                  gәlmәli olan missiyanın başçısıdır. Polkovniki bütün zәruri
                  materiallarla tәmin etdim, lazımi mәlumat çatdırdım. Aydın
                  oldu ki, konfrans, xüsusәn dә Şimali  Amerika Birlәşmiş
                  Ştatları bizә vә ümumәn Qafqaz mәsәlәsinә münasibәtini
                  missiya işini başa çatdırandan sonra bildirәcәk. Missiyanın
                  Qafqazdakı fәaliyyәti üç ay çәkәcәk. Polkovnik Reylә
                  birlikdә mәn vә Hacınski bütün  Amerika missiyalarının
                  rәhbәri polkovnik Loqenin yanında olduq. O, lazımi yardım
                  göstәrәcәyini bildirdi. Eyni zamanda bir tәmsilçimizin
                  missiyanın tәrkibinә salınması ilә bağlı müvafiq sәrәncam
                  verәcәyini dә vәd etdi. Bu fürsәtdәn yararlanmaq lazımdır.
         382
                     Üstәlik, cәnab Rey çox xeyirxah adamdır: Kanada Qırmızı
                  Xaç Cәmiyyәtinin hәdiyyәsi olan 200 yeşik xәstәxana
                  camaşırını özü ilә aparmağa söz verdi. Yeşiklәri polkovnikin
                  Parisdәn Brestә getdiyi qatarla göndәrdik. Lakin işin
                  tәrsliyindәn, yolda vaqonu ayırıblar vә bizim yük dә
                  amerikalılar hәrbi gәmi ilә yola düşәnә qәdәr missiyanın
                  digәr müxәllәfatı ilә birlikdә Brestә gәlib çatmayıb. İndi
                  hәmin yükü Toronto–Batumi xәtti ilә yola salmaq qayğısı
                  öz üzәrimizә düşür. Hesablamamıza görә, bu işә tәxminәn
                  5–6 min frank xәrcimiz çıxacaq. Onu necә yoluna qoyacağımız
                  da әlavә qayğıya çevrilib. Әlbәttә, yüklәri göndәrәcәyik.
                  Konstantinopoldan, polkovnik Reydәn mәktub almışıq.
                  Yükün lәngimәsi ilә bağlı tәәssüfünü bildirir. Eyni zamanda
                  bizi sakitlәşdirәrәk özündә olan dәrmanların bir hissәsini
                  hökumәtimizә verәcәyini vәd edir. Әgәr birdәn hәmin vәd
                  yadından çıxmış olsa, müvafiq tәsadüf yarananda
                  xatırlatmağınız yerinә düşәr.
   377   378   379   380   381   382   383   384   385   386   387