Page 383 - design_Topcubashov_Full_Layout 1
P. 383

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


               Fransız hökumәti dә Qafqaza öz nümayәndәsini göndәrib.
           Bu şәxs qraf Loris-Melikovun 501  qardaşı oğlu, doktor İvan
           Loris-Melikovdur. Biz onunla bir yerdә oxumuşuq. Yeddinci
           sinifdә gimnaziyadan xaric edilmişdi. Hәmin vaxtdan etibarәn,
           demәk olar ki, hәmişә Fransada yaşayıb. Burada tamamilә
           fransızlaşıb vә indi özünü Fransa vәtәndaşı sayır. İnqilab
           illәrindә (1905–1906) Peterburqda olub, mәrhum Maksim
           Kovalevski 502  ilә birlikdә “Strana” 503  qәzetindә çalışıb.
           Klemansonun dostudur. İki dәfә mәnә baş çәkib. Sonra biz
           Mәmmәdhәsәn Hacınski ilә birlikdә onun görüşünә getmişik.
           Loris-Melikovun dediyinә görә, başçılıq etdiyi missiyanın
           әsas vәzifәsi gәlәcәkdә bütün Qafqaz xalqlarından ibarәt
           federasiya qurulması imkanları ilә әlaqәdar regionun siyasi
           vәziyyәtini öyrәnmәkdir. Hәr şeyә münasibәtdә özünü әsl
           fransız kimi aparır.  Amma qәlbәn “vahid vә bölünmәz
           Rusiya” tәrәfdarıdır. Dediyinә görә, millәtçi deyil, bu mәnada
           da ermәni heyәtinin Parisdәki hәrәkәtlәrini bәyәnmir. Sözünә
           inansaq, hәtta onlarla görüşmür. Bütövlükdә işgüzar siyasәt  383
           adamı tәsiri bağışlamır. Lakin uğur qazanacağına әmindir.
           Qafqaz respublikalarının müstәqil mövcudluq imkanlarına
           şübhә ilә yanaşır. Daha dәqiq desәm, bunun tәrәfdarı deyil.
           Düşünür ki, yenidәn böyük Rusiya yaratmaq daha yaxşı
           olardı. Sәfәr marşrutunu müәyyәn etmәyә çәtinlik çәkirdi.
           O, bir hәftә әvvәl Konstantinopola yola düşüb.  Türkiyә
           paytaxtında 10–12 gün qalmağı nәzәrdә tutur. Oradan ya
           Batumi–Tiflis–Bakı marşrutunu seçәcәk, sonra Şimali Qafqaza
           gedәcәk, ya da әvvәl Novorossiyskә baş çәkib, sonra
           Zaqafqaziyaya dönәcәk. Birinci marşrutla gedәcәyi ehtimalı
           daha böyükdür. İrәvanda da olacaq. Çox diqqәtcil idi.
               Burada, tәәssüf ki, mәlumatın tәrtibi üçün әvvәldәn
           hazırladığım planı pozmalı vә sәnәdi tamamlamağa
           tәlәsmәliyәm. Çünki Hacınskinin yola düşmәyinә çox az
           qalır. Hәmin müddәt әrzindә başqa işlәrin dә öhdәsindәn
           gәlmәyә vaxt tapmalıyam.
   378   379   380   381   382   383   384   385   386   387   388