Page 374 - design_Topcubashov_Full_Layout 1
P. 374
Əlimərdan bəy Topçubaşov
alandan sonra isә Millәtlәr Cәmiyyәtinә üz tutmaq tәşәbbüsü
ilә çıxış etdi. Belә olan tәqdirdә Cәmiyyәtin dә öz növbәsindә
mandatı İngiltәrәyә verәcәyi tәbii sayılır. Tәklifi prinsipial
şәkildә qәbul etmәklә bәrabәr, mәsәlә ilә bağlı әvvәlcә
buradakı ingilis tәmsilçilәri ilә danışıqlar aparmaq zәruri
sayıldı. Yalnız bundan sonra nümayәndә heyәti üzvlәrindәn
biri Londona ezam edilә bilәr. Zәrurәt yaransa, sonra
nümayәndәmiz dә ora gedәcәkdir.
Tәklif olunan qәtnamә gürcü heyәti ilә birgә iclasda
nәzәrdәn keçirildi. Mandatla әlaqәdar İngiltәrәyә müraciәtdәn
imtina edәn gürcü nümayәndәlәri bu ölkә ilә sıx әlaqә
saxlamaq vә onun tәmsilçilәri ilә tez-tez görüşmәk mәsәlәsindә
bizimlә razılaşdıqlarını bildirdilәr. Nümayәndәlәrin Londona
göndәrilmәsinin hәlә vaxtı çatmamış mәsәlә olduğu qәnaәtinә
gәlindi. Konfransdakı ingilis heyәtinin tәrkibindә baş verәn
dәyişikliklәr, habelә cәnab Balfur vә ser Malletin hәlәlik
burada olmamaları onlarla müәyyәn qәdәr yaxınlaşmağa
374 imkan vermir. Yeri gәlmişkәn, Lloyd Corc kabinetinin ehtimal
edilәn süqutu da yeni sürprizlәr doğura bilәr.
Bu günlәrdә Gürcüstan heyәtinin üzvü Qvarcaladze 490
Londondan qayıdacaq. Onun gәtirdiyi mәlumatlara әsaslanaraq
İngiltәrә paytaxtına sәfәrin nә dәrәcәdә zәruri olduğunu bir
daha müzakirә edәcәyik.
İngilislәrin ölkәmizә vә mandat mәsәlәsinә necә
yanaşacaqları hәlәlik qaranlıq qalsa da, özlәrinin gәlәcәk
Rusiyanın adından danışmaq vә hәrәkәt etmәk sәlahiyyәtinә
malik olduqlarını düşünәnlәrin baxış vә münasibәtlәri bizdә
heç bir şübhә doğurmur.
İndiyә qәdәr bu adamlar öz-özünә peyda olmuş “Rus
mәclisi”ndә “birlәşmişdilәr”. “Mәclis”in tәrkibi keçmiş nazir
vә sәfirlәrdәn ibarәtdir. Lakin Müttәfiqlәr Kolçakı tanıyandan
sonra burada “rus nümayәndәliyi” meydana çıxdı.
“Nümayәndәliyin” tәrkibinә Kolçakın tәyinatı әsasında
491
Lvov, Sazonov, Çaykovski , Maklakov vә Savinkov 492