Page 359 - design_Topcubashov_Full_Layout 1
P. 359
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
dedi. Hәqiqәtәn dә belәdirmi – bilmirәm. Ümumiyyәtlә,
Qarabağ barәdә heç bir mәlumatımız yoxdur. Hәmin mәsәlәni
isә burada ermәni nümayәndәlәri çox kәskin qoyublar.
Müttәfiq dövlәtlәrin tәmsilçilәrinin dә vәziyyәtdәn xәbәrlәri
var. Bu gün öyrәndik ki, amerikalıların binagüzarlığı ilә
bütün Ermәnistana ali komissar tәyin olunur. Yeri gәlmişkәn,
indicә Bammatov yanımda idi. Onunla sülh konfransı
qarşısında bütün Qafqaza vahid ali komissiya göndәrilmәsi
mәsәlәsini qaldırmaq barәsindә fikir mübadilәsi etdik. Mәsәlә
әvvәl öz aramızda, sonra isә qalan üç heyәtlә birlikdә dә
müzakirә olunacaq.
VIII
Siyasi xarakterli işlәrdәn başqa, iyunun 19-da biz
Azәrbaycan üçün, әsasәn, amerikanlardan vә ola bilsin, hәm
dә fransızlardan müxtәlif malların alınması ilә bağlı praktik
istiqamәtli ciddi addımlar da atmışıq. Bu mәsәlәdә bizә
kömәk edәn şәxslәr vardır. İndiyә qәdәr danışıqları nümayәndә 359
heyәti adından M.Hacınski aparıb. Onun xahişi ilә iqtisadi
mәsәlәlәrlә mәşğul olmaq üçün komissiya ayrılıb. Ümid
edirik ki, bütün zәruri malları (manufaktura, ayaqqabı vә s.)
çox ucuz qiymәtә alıb Sizә göndәrә bilәcәyik.
Bununla әlaqәdar Azәrbaycana iqtisadi, çox güman ki,
hәm dә siyasi vәziyyәtlә maraqlanan xüsusi komissiya
gәlәcәk.
Amerika yәhudilәri ilә müәyyәn әlaqәlәr qurulub. Onlar
ermәnilәrin sәs-küylü tәbliğatının qarşısını almaq, ilk növbәdә
isә guya sentyabr ayında törәdilmiş kütlәvi ermәni qırğınları
ilә bağlı әleyhimizә söylәnәn ittihamların doğurduğu
xoşagәlmәz tәәssüratı dağıtmaq üçün Amerikaya bir neçә
adam göndәrmәyimizi tәkidlә mәslәhәt görürlәr. Ümid
edirәm ki, tezliklә Amerika mәtbuatında haqqımızda daha
sәhih mәlumatlar yayılacaq.