Page 354 - design_Topcubashov_Full_Layout 1
P. 354

Əlimərdan bəy Topçubaşov


                  olmağı, digәr heyәtlәrlә görüşmәyi, habelә Müttәfiqlәrin
                  tәmsilçilәri, nüfuzlu ictimai tәşkilatlar, mәtbuat vә s. ilә
                  әlaqә saxlamağı vә yalnız bundan sonra rәsmi çıxışlar etmәyi,
                  konfransa memorandum vermәyi, broşürlәr vә s. buraxmağı
                  tәlәb edir.
                     Lakin bizdәn asılı olmayan şәraitin tәlәbi ilә planımızı
                  dәyişmәli vә memorandumu sona çatdırmağa tәlәsmәli olduq.
                  İndi mәn bu işlә mәşğulam.
                     Görünür, xatırlatdığım söhbәt İtaliya hökumәtinә öz
                  xalqı vә Parlamenti qarşısında atdığı addıma bәraәt
                  qazandırmaq üçün lazımdır. Lakin әn mühüm olanı budur
                  ki, İtaliya bizim istiqlaliyyәtimizin taleyi ilә bağlı üzәrinә
                  heç bir öhdәlik götürmür, hәtta Denikinin müstәqilliyimizә
                  qarşı ehtimal olunan çıxışlarının qarşısını almaq üçün dә
                  hansısa addım atmaq istәmir. Әlbәttә, belә vәziyyәtdә Valeri
                  özü dә qәti cavaba ümid bәslәmirdi. Digәr tәrәfdәn, biz
                  birbaşa ingilislәrlә danışıb öyrәnmәliyik ki, onlar doğrudanmı
         354      Qafqazı tәrk edirlәr.
                     Mәn bu mülahizәlәrlә ingilis sülh nümayәndә heyәtinin
                  tәmsilçisi Ser Malletin yanında oldum. O, Qafqazı tәrk etmәk
                  qәrarına gәldiklәrini, lakin yerlәrini italyanların tutacaqlarını
                  bildirdi. Dәyişikliyin sәbәblәri barәdә isә heç nә demәdi.
                  Mallet әlavә etdi ki, hazırda Qafqazda saxladıqları hәrbi
                  qüvvәlәr onlara başqa yerdә lazımdır. Bildirdi ki, italyanların
                  gәlişi ilә heç bir şey dәyişmәyәcәk, çünki onlar ingilislәrin
                  başladıqları vә gördüklәri işlәri davam etdirәcәklәr. Denikinin
                  tәcavüzkar hәrәkәtlәri ilә bağlı әndişәmin müqabilindә Mallet
                  dedi ki, Denikin Azәrbaycana vә Gürcüstana hücum etmәyәcәk,
                  bu barәdә İngiltәrәnin sәlahiyyәtli nümayәndәsi  Vordrop
                  tәrәfindәn müvafiq xәbәrdarlıq alıb, Vordrop isә bu günlәrdә
                  Qafqaza yola düşür.
                     Deyilәnlәri İngiltәrәnin digәr nümayәndәsi, professor
                  Simpson 467  da tәsdiq etdi. Keçmiş Rusiya ilә bağlı bütün
                  mәsәlәlәr indi ona hәvalә olunub. Cәnab Simpson özü mәni
                  söhbәtә çağırmışdı. Denikin barәsindә bildirdi ki, o artıq
   349   350   351   352   353   354   355   356   357   358   359