Page 352 - design_Topcubashov_Full_Layout 1
P. 352
Əlimərdan bəy Topçubaşov
Yeddi saylı mәlumatda Qafqaz respublikalarının siyasi-
iqtisadi ittifaqda birlәşmәsi ilә әlaqәdar Dağlı–Gürcü–
Azәrbaycanlı Ümumi Komissiyasının yaradılması haqda
xәbәr vermişdim. İqtisadi ittifaqın zәruriliyini dәrk edәn
gürcü nümayәndәlәri konfederasiya kimi düşünülәn siyasi
ittifaqa münasibәtdә axır vaxta qәdәr tәrәddüdlü, bitәrәf
mövqedә dayanmaqdadırlar.
Biz vә Dağlılar Respublikasının nümayәndәlәri
memorandumlarımızda birlәşmә tәrәfdarı olduğumuzu bәyan
edәrәk gürcülәri dә öz tәrәfimizә çәkmәk mәqsәdilә birgә
müzakirә keçirdik. Konfederasiya ilә bağlı müzakirәlәr
zamanı hәr bir respublikanın öz muxtariyyәtini saxlamasını
da zәruri sayırıq.
Dağlılarla iyunun 26-da baş tutan birgә iclasda onların
hazırladıqları layihә oxundu. Layihәdә Azәrbaycan vә Dağlılar
Respublikası hökumәtlәri adından dәrhal bütün hәrbi
ehtiyatların, xarici siyasәt xәttinin, habelә iki dövlәtin hәrbi
352 vә xarici işlәr nazirliklәrinin büdcәlәrinin birlәşdirilmәsi
tәklif olunur. Xarakterinә görә bu sәnәd iki dövlәt arasında
ittifaq müqavilәsidir. İttifaq formasının hökumәtlәr tәrәfindәn
işlәnib-hazırlanmış variantı Nazirlәr Şurası tәrәfindәn tәsdiq
olunur.
İyunun 29-da әvvәlcә öz nümayәndә heyәtimizin ayrılıqda,
sonra isә hәr iki heyәtin birgә iclasında hәmin sәnәd
müzakirәyә çıxarıldı. Bizimkilәr hökumәtә hazır layihәnin
tәqdim edilmәsini mәqbul saymırlar. Ona görә dә öz
tәrәfimizdәn siyasi ittifaqa prinsipcә tәrәfdar olduğumuzu
bildirәrәk, bu barәdә hökumәtimizә lazımi mәlumat vermәyi
tәklif edirik. Müvafiq layihәnin işlәnib-hazırlanması isә artıq
hökumәtin öz işidir. Hәmin layihә Nazirlәr Şurasında deyil,
Parlamentdә tәsdiq olunmalıdır.
Nümayәndә heyәtimizin qәrarı ilә bağlı mәlumata onu
da әlavә etmәliyәm ki, dağlıların tәmsilçilәri nәinki fikrimizlә
razılaşdılar, hәtta әksinә, artıq hökumәt vә parlamentlәrinin