Page 347 - design_Topcubashov_Full_Layout 1
P. 347
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
1
Nümayәndә heyәtinin xәrclәrini ödәmәk üçün hesabımıza
lәngimәdәn pul köçürülmәsi qayğısına qalmaq lazımdır.
Mәblәğ barәsindә әvvәllәr yazmışdım – heyәt Bakıdan
çıxarkәn ayrılan vәsait hәcmindә mәblәğin göndәrilmәsi
mәqsәdәuyğundur. Әvvәlcәdәn Parisә köçürülmüş 25 min
funt-sterlinqi dә göndәrilәcәk vәsaitin üstünә gәlmәk lazımdır.
İndi xәrclәrimizin hәddәn artıq çoxalması, demәk olar
ki, bütün qiymәtlәrin qeyri-adi dәrәcәdә artması vә fransız
frankının kursunun sürәtlә düşmәsi ilә әlaqәdar ayrılacaq
mәblәğin üç dәfә artırılmasını xahiş edirәm.
Üç dәfә artırılmış mәblәği ingilis funt-sterlinqi ilә
Parisdәki ingilis sәfirliyinin hәrbi attaşesinin adına köçürmәyi
vә bu barәdә radio ilә attaşeyә – general Nepsleqrә mәlumat
ver mәyinizi dә xahiş edirәm (Bakıdan daha әvvәl alınan
25 min funt-sterlinq dә onun adına göndәrilmişdi).
2 347
Vaxt itirmәdәn xüsusi kuryerin yola salınması vә onun
aşağıdakı mәsәlәlәrlә bağlı mәlumat çatdırması tәmin edilsin:
Azәrbaycanda vә qonşu dövlәtlәrdәki vәziyyәt (İran istisna
olunmamaq şәrti ilә), Müttәfiq komandanlığının ölkәmizdәki
rolu, Könüllü Ordunun Şimali Qafqazdakı әmәliyyatları,
Parlamentimizin vә hökumәtimizin fәaliyyәti, ümumdövlәt
hәyatının diqqәtәlayiq hadisәlәri.
3
Kuryer vasitәsilә vacib akt vә müqavilәlәrin surәtlәri,
habelә Azәrbaycan vә rus dillәrindә Bakı, Tiflis vә Batum
qәzetlәrinin komplektlәri göndәrilsin.
4
Kuryer üçün Müttәfiq komandanlığından icazә, habelә
Parisә vә Londona gәlmәk vә geriyә – Bakıya qayıtmaq
üçün viza alınsın.