Page 342 - design_Topcubashov_Full_Layout 1
P. 342
Əlimərdan bəy Topçubaşov
Artıq özlәrini müstәqil dövlәtlәrin nümayәndәlәri elan
edәn “yadellilәr” isә daha “vahid vә bölünmәz Rusiya”
haqda eşitmәk istәmirlәr. Mәhz bu baxımdan on gün әvvәl
Paris mәtbuatı Kolçak hökumәtinin keçmiş Rusiyanın bütün
әrazilәri üzәrindә hakimiyyәtinin tanınmasının mümkünlüyü
barәsindә yazanda Rusiya imperiyasından ayrılan dövlәtlәrin
hamısı, elәcә dә Azәrbaycan Respublikasının nümayәndә
heyәti öz etirazını bildirdi.
Antanta dövlәtlәri arasında “vahid vә bölünmәz Rusiya”
ideyasının nisbәtәn qızğın tәrәfdarı onun keçmiş müttәfiqi
Fransadır. Müttәfiq dövlәtlәrin digәr tәmsilçilәri, ehtimal ki,
belә bir Rusiyanın yenidәn tarix sәhnәsinә gәlmәsinә o
qәdәr dә maraq göstәrmirlәr. İngiltәrә isә üzdә özünü “vahid
vә bölünmәz Rusiya” әleyhinә olmayan dövlәt kimi qәlәmә
verir. Әlbәttә, bunlar hәlәlik qәti qәnaәtlәr deyil. Qarşılıqlı
münasibәtlәrin bir qismindә әhәmiyyәtli dәyişikliklәr baş
vermәkdәdir vә baş verә bilәr. Hәmin mümkün dәyişikliklәr
haqda indidәn falçılıq etmәk yersizdir. Amma belә tәşәbbüslәr
342
var. Mәsәlәn, sosialist qәzetlәrindәn biri hazırda vә gәlәcәkdә
birgә fәaliyyәt barәsindә bir tәrәfdәn Yaponiya vә Almaniya,
digәr tәrәfdәn bolşeviklәr arasında bağlanmış sazişlә bağlı
mәlumat yayıb. Bunların hamısı isә öz növbәsindә yuxarıda
haqqında söz açdığım ümumi qeyri-müәyyәnlikdәn irәli
gәlir.
Burada olduğu tәxminәn bir aya yaxın müddәt әrzindә
nümayәndә heyәti mövcud çәtinliklәrә baxmayaraq, hәr
halda müәyyәn işlәr görә bilmişdir.
Onların qısa siyahısını tәqdim edirәm:
I
Başqa nümayәndә heyәtlәri ilә fikir mübadilәsi
İndiyә qәdәr Polşa, Gürcüstan, Dağlılar Respublikası,
Ermәnistan vә İran nümayәndә heyәtlәrinin üzvlәri ilә
görüşmüşük.