Page 341 - design_Topcubashov_Full_Layout 1
P. 341

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           bundan sonra keçmiş Rusiyadan ayrılan yeni dövlәtlәrin
           tәlәblәrinә baxılmalıdır. Sonuncuların isә tәlәb, qarşılıqlı
           iddia vә mübahisәlәrinin sayı-hesabı yoxdur.
               Әlbәttә, mövcud şәrait Parisdәki xalis rus ünsürlәrinә
           hәr cәhәtdәn sәrf edir. Statistik mәlumatlara görә, müxtәlif
           yollarla bolşeviklәrin әlindәn qaçıb Parisә gәlәn belә adamların
           sayı indi altmış min nәfәrdәn çoxdur.
               Aralarında elә qruplar, hәtta elә ayrı-ayrı şәxslәr var ki,
           özlәrini hansı Rusiyanın, hansı dövlәtin tәmsilçisi saydıqları
           vә kimdәn sәlahiyyәt aldıqları heç kәsә bәlli deyil. Elә
           qruplar da var ki, xalis slavyan xarakterlәrini nümayiş
           etdirәrәk bir-birlәrinә qarşı çıxırlar. Kolçak vә Denikin
           hökumәtlәrinin siluetlәri sanki daha aydın nәzәrә çarpır.
           “Keçmiş rus sәfirlәri vә rus siyasi xadimlәrinin Mәclisi”
           adlanan qurum da onları müdafiә edir. “Mәclis”in başında
           Lvov, Maklakov vә b. dayanırlar. Tәrkibindә bir neçә general,
           admiral, habelә Rusiya yәhudilәrinin tәmsilçilәrindәn
                                                                       341
           Marqulies , Minor   451  vә  başqaları var. Kerenski ,
                     450
                                                               452
           Avksentyev 453  vә onların daha solçu ünsürlәrdәn ibarәt
           partizanları haqqında bәhs etdiyim “Mәclis”lә yola getmirlәr.
           Lakin bununla belә, hamısı birlikdә, bir dam altında –
           Parisdәki keçmiş rus sәfarәtinin binasında yaşayırlar.
               Siyasi baxış vә tәmayüllәri kökündәn fәrqlәnsә dә, bütün
           ruslar “vahid vә bölünmәz Rusiya”nın tәrәfdarıdırlar. Bu
           şüarı Demokratik Federativ Respublika vә Müәssislәr Mәclisi
           ideyaları ilә pәrdәlәmәk istәyirlәr. Guya hәmin Müәssislәr
           Mәclisi ölkәnin ayrı-ayrı hissәlәrinin taleyini vә onların
           gәlәcәk Rusiya ilә qarşılıqlı münasibәtlәrini müәyyәnlәşdirәcәk.
           Gәlәcәk Rusiya isә dünyada özünә layiq yer tutmağa qadir
           dövlәtlәrdәn biri kimi tәsәvvür olunur. Rusiyanın buradakı
           hәqiqi oğulları vә hәr cür digәr övladları köhnә duz-çörәyi
           itirәn “yadellilәr”in acığına ölkәni mәhz bu şәkildә yenidәn
           qurmaq istәyirlәr.
   336   337   338   339   340   341   342   343   344   345   346