Page 340 - design_Topcubashov_Full_Layout 1
P. 340

Əlimərdan bəy Topçubaşov


                  Almaniyaya tәqdim olunmasından isә artıq bir ay keçir.
                  Avstriya nümayәndә heyәti eyni mәzmunlu notanı yeni alıb.
                  Türkiyә heyәti isә bugünkü teleqramdan da göründüyü kimi,
                  yalnız iyunun 6-da Konstantinopoldan çıxıb. Eyni sözlәri
                  Bolqarıstan tәmsilçilәri haqda da demәk olar.
                     Tәklif edilәn şәrtlәrin hamısı son dәrәcә ağırdır. Buna
                  görә dә onların nisbәtәn ağrısız qәbul edilәcәyi böyük
                  narahatlıq doğurur. Burada, konfransda hökm sürәn şәraiti
                  tәnqid elәyәn, hәtta İngiltәrәnin hәddindәn artıq sәrt tәlәblәrinә
                  etiraz bildirәn sәslәr indi daha ucadan eşidilmәkdәdir.
                     Sosialist qrupları lap çox narazıdırlar. Onların mәtbu
                  orqanları Antantanın hәddәn ziyadә sәrt tәlәblәrinә, bütünlükdә
                  isә konfransın gedişinә açıq etirazlarını bildirirlәr. Fransada,
                  hәtta İngiltәrәdә dә artıq 20–25 gün olar ki, fәhlәlәrin,
                  müxtәlif peşәlәrdәn olan işçilәrin, habelә ticarәt, sәnaye vә
                  nәqliyyatın (omnibus, tramvay, metropoliten) müxtәlif
                  sahәlәrindә çalışanların tәtili başlanıb. Dәmiryolçuların
         340      ümumi tәtilinin gözlәnildiyi dә deyilir. Etiraz hәrәkatında
                  hәlәlik iqtisadi xarakterli tәlәblәr irәli sürülür. Onları doğuran
                  isә ilk növbәdә zәruri istehlak mallarının görünmәmiş
                  bahalığıdır. Bәzi gündәlik tәlәbat mallarının qiymәti az qala
                  hәr gün artır, bir qismi isә (şәkәr vә s.) bazarlarda ümumiyyәtlә
                  yoxdur. Lakin iqtisadi etirazlarla yanaşı, ehtimal ki, sırf
                  siyasi xarakterli aksiyalar da yetişmәkdәdir. Bәzi qәzetlәr
                  isә hәtta inqilabi hәrәkat başlanacağını yazırlar. Bәlkә dә,
                  vәziyyәt fәlakәt hәddinә gәlib çatmayacaq. Lakin son dәrәcә
                  hәyәcanlı şәrait yaranıb. Bu isә öz növbәsindә konfransın
                  vә komissiyaların işinә tәsir göstәrir. Demәyә ehtiyac varmı
                  ki, belә vәziyyәtdә hәr cür görüşlәr, danışıqlar, ümumiyyәtlә,
                  yeni dövlәtlәrin mәnafeyi, xüsusәn dә bizim kimi hәr hansı
                  himayәdәn mәhrum nümayәndә heyәtinin tәlәblәri Antanta
                  tәmsilçilәrinin nәzәrindә qәtiyyәn birinci yerdә dayanmır?
                     Baş verәnlәr azmış kimi, belә bir ilkin şәrt dә irәli
                  sürülüb ki, әvvәlcә ümumi rus mәsәlәsi hәll olunmalı, yalnız
   335   336   337   338   339   340   341   342   343   344   345