Page 343 - design_Topcubashov_Full_Layout 1
P. 343
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Gürcülәr vә dağlılarla birlikdә Qafqaz respublikalarının
siyasi-iqtisadi ittifaqda (konfederasiya vә s. şәklindә)
birlәşmәlәrinin mümkünlüyünü araşdırmaq mәqsәdi ilә
qarışıq komissiya yaratmışıq. Ermәnilәrә dә dәvәt göndәrdik,
lakin hәlәlik tәşәbbüsümüzә qoşulmurlar. Komissiyanın işi
isә davam edir. Gömrük ittifaqı, ümumiyyәtlә, iqtisadi
әmәkdaşlıqla bağlı tәkliflәr tәrәflәrin heç birindә narazılıq
doğurmur. Siyasi ittifaqın hansısa formasının işlәnib
hazırlanması ehtimalı da istisna olunmur. Gürcülәr vә
dağlılarla münasibәtlәrimiz yaxşıdır. Sonuncularla hәtta
dostluq әlaqәlәrimiz var. Tәqdim etdiyimiz memorandumlarda
biz vә dağlılar Qafqaz Konfederasiyasının yaradılmasına
razılığımızı, habelә sәrhәd vә әrazi mübahisәlәrinin meydana
çıxdığı tәqdirdә onların hәllinә hazır olduğumuzu bildiririk.
Bütövlükdә sosialist tәmayüllü nümayәndәlәr bizimlә
münasibәtdә ehtiyatlıdırlar. Amma eyni zamanda әlaqә dә
saxlamaq istәyirlәr. Ermәni tәmsilçilәr yalnız Türkiyә vә
Qafqaz Ermәnistanından tәşәkkül tapacaq vahid Ermәnistan
343
barәdә danışıqlara meyil göstәrirlәr. Dediklәrinә görә,
Ümumqafqaz Konfederasiyasının işindә yalnız bütöv
Ermәnistanın quruma daxil olacağı tәqdirdә iştirak edә
bilәrlәr. Hәr halda, gündәlikdә duran Qafqaz Konfederasiyası
ilә bağlı onlar da öz hökumәtlәrinә müraciәt ediblәr.
Fars nümayәndә heyәti özünü daha ehtiyatlı aparır.
Konfransa verdiklәri memorandumda, demәk olar ki, bizim
bütün Azәrbaycan әrazisi ilә bağlı iddia irәli sürürlәr. Amma
onlarla yenә dә görüşüb danışacağıq.
II
Müttәfiq dövlәtlәrin nümayәndә heyәtlәri ilә görüşlәr
İngilis nümayәndә heyәtinin tәmsilçisi Malletlә 454
(23 may) görüşümüz.
Amerika nümayәndә heyәtinin tәmsilçisi Morqentau 455
ilә (28 may) görüşümüz.