Page 338 - design_Topcubashov_Full_Layout 1
P. 338

Əlimərdan bəy Topçubaşov


                                                                      №7
                                                      8–10 iyun 1919-cu il
                                                                    Paris

                         AZӘRBAYCAN RESPUBLİKASI
                        NAZİRLӘR ŞURASININ SӘDRİNӘ

                     Cәnab Sәdr!
                                                            1
                     Romadan mayın 4-dә, Parisdәn mayın 15-dә göndәrdiyim
                  mәktublarda artıq Sizә xәbәr vermәk şәrәfinә nail olduğum
                  kimi, rәhbәrlik etdiyim nümayәndә heyәti uzunmüddәtli
                  gözlәnti vә әziyyәtdәn sonra Konstantinopoldan yalnız
                  aprelin 22-dә çıxa bilib. Hәm dә tam tәrkibdә gәlә bilmәmişik.
                  Әvvәlki mәlumatda haqlarında yazdığım әmәkdaşları vә
                  texniki işçilәri orada qoyub gәlmәk mәcburiyyәtindә qalmışıq.
                     Nümayәndә heyәti üzvlәrindәn isә yalnız Әhmәd bәy
                  Ağayev gәlә bilmәdi. Xәbәr verdiyim kimi, o, hәlә martın
                  әvvәllәrindә İttihadçılar partiyasına mәnsubluqda ittiham
         338
                  olunaraq Türkiyә hökumәtinin sәrәncamı ilә hәbs edilmişdi.
                  Bütün istәyimizә rәğmәn ona әhәmiyyәtli kömәk göstәrә
                  bilmәdik.
                     Hәm bu, hәm dә digәr mәsәlәlәr barәdә mәn Әlәkbәr
                  bәy Topçubaşovla göndәrdiyim 18–21 aprel tarixli mәlumatda
                  daha әtraflı yazmışdım. Üstәlik, hәmin mәlumatı şifahi
                  mәruzә ilә tamamlamağı da ona tapşırmışdım.
                     Artıq hökumәt  Azәrbaycan nümayәndә heyәtinin
                  Konstantinopoldan yola düşdüyü tarixә qәdәr cәrәyan edәn
                  bütün hadisәlәrdәn xәbәrdardır.
                     Lakin tәәssüf ki, biz Azәrbaycanda işlәrin vәziyyәti ilә
                  bağlı heç bir mәlumat almamışıq. Bu isә öz növbәsindә
                  nümayәndә heyәti üzvlәrini әsәbilәşdirmәyә, onların
                  fәaliyyәtinә müәyyәn mәnfi tәsir göstәrmәyә bilmәz.


                  1  Nümayәndә heyәtinin Parisdәn göndәrdiyi 15 may 1919-cu il tarixli 5
                  saylı mәktubun mәtni әldә yoxdur. (Tәrc.)
   333   334   335   336   337   338   339   340   341   342   343