Page 336 - design_Topcubashov_Full_Layout 1
P. 336

Əlimərdan bəy Topçubaşov


                                                                     № 4
                                                         4 may 1919-cu il
                                                                   Roma


                         AZӘRBAYCAN RESPUBLİKASI
                        NAZİRLӘR ŞURASININ SӘDRİNӘ


                     Cәnab Sәdr!
                     Tam tәsadüfәn sabah buradan Konstantinopola yola
                  düşәcәk bir nәfәrlә mәktub göndәrmәk imkanı yarandı. Bu
                  fürsәtdәn istifadә edib sәfәrimizlә bağlı qısa mәlumatı
                  diqqәtinizә çatdırıram.
                     Aprelin 22-dә nümayәndә heyәti, nәhayәt ki, tәsadüfi
                  italyan gәmisindә Konstantinopoldan yola düşә bildi. Yolumuz
                  Konstantinopol–Saloniki–Pirey–Messina–Neapol marşrutu
                  üzrә idi. Aprelin 30-da Neapola yetişdik, mayın 2-dә isә
         336
                  Romaya gәldik. İndi burada hәftәdә iki dәfә Parisә gedәn
                  sürәt qatarını gözlәyirik. Sabah yox, birisigün biz dә hәmin
                  qatarla Parisә çıxırıq.
                     Dәniz sәyahәtimiz zamanı dünya siyasәtindә sülh
                  konfransının işlәrinin gedişinә ciddi tәsir göstәrә bilәcәk
                  bәzi hadisәlәr baş verib.
                     Amma hәlәlik hәr cür mәlumat vә şәrhlәrә münasibәtdә
                  bitәrәf mövqe tutmaq lazım gәlir. Burada bәzi adamlarla
                  görüşmәyә çalışırıq.
                     Parisdәn әhatәli mәlumat göndәrәcәyәm. Belә bir mәlumatı
                  Sizdәn dә gözlәyirәm. Xüsusәn dә qonşularımızın vәziyyәti
                  barәsindә mәlumatlandırılmağımız çox vacibdir.
                     Bizdә (Bakıda – Tәrc.) olan şәxslәri Parisdәki tәmsilçilәr
                  vasitәsilә nümayәndә heyәtimizә dәstәk vermәlәri üçün
                  tәşviq edin. Eyni işi qonşu dövlәtlәrlә dә görün. Heyәtin
                  maliyyә baxımından tәminatı qayğısına qalın.
   331   332   333   334   335   336   337   338   339   340   341