Page 332 - design_Topcubashov_Full_Layout 1
P. 332
Əlimərdan bəy Topçubaşov
Parisә getmәk üçün Hacınskiyә, Ceyhun bәyә 446 vә
Mәhәrrәmova 447 icazә verilir. Mәn burada qalmağa mәcburam.
Digәr üzvlәr Londona getmәyә çalışırlar. Yeni adamlar
göndәrsәniz, onların Parisә sәfәr icazәlәrinin yerindә –
Bakıda alınmasına nail olun. Nümayәndә heyәtinin sәdri
Topçubaşov”.
Bu teleqram indiki vaxtla bağlı vәziyyәti әks etdirirdi.
Artıq cәnab Tuqanov vasitәsilә göndәrilәn mәlumatdan
fransız ali komissarının mәnim sәfәrimi dayandırdığını
bilirsiniz (әlavә № 1). Yenә dә hәmin komissar 29 mart
tarixli mәktubu ilә bizә xәbәr çatdırıb ki, Fransa Xarici İşlәr
Nazirliyi nümayәndә heyәti üzvlәrindәn heç kimin Parisә
getmәsinә icazә vermir. Lakin hәlә bu xәbәr gәlib çatmamışdan
әvvәl Parisә, sülh konfransı sәdrinin ünvanına, habelә Fransa,
İngiltәrә, Amerika vә İtaliya dövlәt başçılarının adına yaranmış
vәziyyәtlә әlaqәdar qısa mәlumat göndәrmәyi qәrara almışdıq.
Bu mәktub martın 21-dә hazırlanıb vә artıq yola salınıb
(әlavә № 2).
332
General Franşe d`Esperenin 29 mart tarixli göstәrişinә
әsasәn, martın 31-dә onun mәktubu ilә Fransa diplomatik
tәmsilçisi Düparenin yanında oldum.
Aşkara çıxdı ki, Parisә getmәyә üç nәfәrә icazә verilәcәk.
Fransız nümayәndәsinin tәlәbi ilә bizim heyәtin siyahısı
istәdiyi tәrkibdә üçüncü dәfә ona tәqdim olundu. Bir neçә
gündәn sonra adı çәkilәn fransız nümayәndәsinin
dәftәrxanasından şifahi şәkildә bildirdilәr ki, Mәmmәdhәsәn
Hacınski, Mәmmәd Mәhәrrәmov vә Ceyhun bәy Hacıbәyli
Parisә gedә bilәrlәr.
Bununla әlaqәdar Parisә göndәrilәcәk üzvlәrin tәrkibinin
öz tәrәfimizdәn seçilib müәyyәn edilmәmәsinin qәtiyyәn
mәqsәdәuyğun olmadığını Fransa tәmsilçisinin nәzәrinә
çatdırmağı zәruri saydıq. Müvafiq mәzmunlu mәktub mәnim
imzamla aprelin 8-dә göndәrildi (әlavә № 4).
Eyni zamanda Parisә, sülh konfransı sәdrinә, habelә
Fransa, İngiltәrә, Amerika vә İtaliya hökumәtlәrinin baş