Page 330 - design_Topcubashov_Full_Layout 1
P. 330
Əlimərdan bəy Topçubaşov
№3
18 aprel 1919-cu il
AZӘRBAYCAN RESPUBLİKASI
NAZİRLӘR ŞURASININ SӘDRİNӘ
Cәnab Sәdr!
Sabah Әlәkbәr bәy Topçubaşov 445 buradan ingilis
gәmisindә yola düşür. O, hökumәtin vә Azәrbaycan
Respublikasının sülh konfransındakı nümayәndә heyәtinin
kuryeri kimi Bakıya qayıdır. Heyәtin bura – Konstantinopola
gәlişindәn bәri sayca üçüncü rәsmi mәlumatı onunla
göndәrirәm.
Birinci mәlumat bu il martın 4–5-dә Әlibala Әliyev
vasitәsilә hәm nümayәndә heyәtinin gördüyü işlәrә, hәm dә
xüsusәn Azәrbaycan Respublikasının fövqәladә vә sәlahiyyәtli
naziri kimi şәxsi fәaliyyәtimә dair çoxsaylı sәnәd vә aktların
330 surәtlәri ilә birlikdә yola salınmışdı. Mәlumata fransız vә
türk dillәrindә kitablar, broşürlәr, habelә hәmin dillәrdә
qәzet komplektlәri dә әlavә edilmişdi. Göndәrilәn bütün
sәnәdlәrin bölmәlәr üzrә tәsviri hazırlanmış vә bunlar da
cәnab Әliyevlә yola salınmışdır.
Nümayәndә heyәtinin Parisә getmәsi ilә bağlı mәsәlәlәr
haqda martın 6-dan 29-na qәdәrki dövrü әhatә edәn ikinci
mәlumat isә 17–29 mart tarixli mәktub vә müvafiq әlavәlәrlә
birlikdә Tuqanov vasitәsilә göndәrilmişdir.
Tәәssüf ki, indiyә qәdәr hәr iki mәlumatın әlavәlәri ilә
birlikdә Sizin tәrәfinizdәn alınması barәsindә heç bir xәbәr
yoxdur. Xüsusәn dә cәnab Әliyevlә göndәrilәn mәlumatın
çatıb-çatmaması narahatlıq doğurur. Çünki yaxın günlәrdә
buraya gәlәn R.Hadızadә Batumda cәnab Әliyevin xoşagәlmәz
hadisәlәrlә üzlәşdiyini, nәticәdә mәlumatları tam şәkildә vә
ağzıbağlı halda Sizә çatdırmaq imkanından mәhrum olduğunu
söylәmişdi.