Page 326 - design_Topcubashov_Full_Layout 1
P. 326

Əlimərdan bəy Topçubaşov


                                                                     № 2
                                                    17–29 mart 1919-cu il


                         AZӘRBAYCAN RESPUBLİKASI
                       NAZİRLӘR ŞURASININ SӘDRİNӘ


                     Cәnab Sәdr!
                     Sabah sәhәr  Tuqanov tәsadüfәn buradan yola düşür.
                  Onunla nümayәndә heyәtinin Paris sәfәri ilә bağlı indiki
                  qısa mәlumatı diqqәtinizә çatdırıram.
                     Axırıncı mәktubu göndәrәndәn (cәnab Әliyev vasitәsilә)
                  sonra ingilis komandanlığından fransızların razılıq verәcәklәri
                  tәqdirdә nümayәndә heyәtimizin yola düşmәyinә onlar
                  tәrәfdәn hәr hansı maneә törәdilmәyәcәyi barәdә mәlumat
                  (әlavә № 1) aldım.
                     Nümayәndә heyәtinin qәrarı ilә hәr iki komandanlığa
         326      әsaslandırılmış mәktub yazdım. Nәticәdә dörd nәfәrin
                  getmәyinә razılıq әldә edildi. Lakin heyәtin bütün tәrkibinin,
                  dәftәrxananın isә heç olmazsa, bir hissәsinin sәfәrinә nail
                  olmağı daha mәqsәdәuyğun saydığımdan hamı üçün icazә
                  almaq istiqamәtindә sәylәrimi davam etdirir, eyni zamanda
                  Marselә gedәn gәminin nә zaman yola düşәcәyini gözlәyirdim.
                  Elә hәmin әrәfәdә işlәrin gedişinә öz tәsirini göstәrәn hadisә
                  baş verdi: bir neçә gün әvvәl, әgәr belә demәk mümkündürsә,
                  xarici hakimiyyәt dairәlәrinin göstәrişi ilә Әhmәd bәy Ağayev
                  hәbs edildi. Bu, İttihad vә Tәrәqqi hәrәkatına mәnsubluğu,
                  Antanta әleyhinә mәtbuat sәhifәlәrindәn, Parlament
                  kürsüsündәn çıxışlarına görә ona yönәlәn hücum vә ittihamların
                  mәntiqi nәticәsi idi.
                     Eyni zamanda buradan teleqrafla göndәrilmiş sorğuya
                  Parisdәn cavab gәlәnә qәdәr sәfәrlә bağlı mәnә daha әvvәldәn
                  verilmiş icazәnin dayandırıldığı haqda mәlumat aldım. Bu
                  mәlumatı bizә fransız komandanlığı çatdırmışdı. Bir hәftә
   321   322   323   324   325   326   327   328   329   330   331