Page 324 - design_Topcubashov_Full_Layout 1
P. 324

Əlimərdan bəy Topçubaşov


                  mәsәlәsindә әxlaqi vә ümumbәşәri xarakterli  Vilson
                  prinsiplәrinә әsaslanan Amerikanın adını Azәrbaycana tәsir
                  göstәrmә imkanı olan dövlәt kimi çәkdim.
                     Görünür, cәnab Moore söhbәtimizdәn ümumәn razı qaldı.
                  Yazdığım memorandumun bir nüsxәsini mәmnuniyyәtlә
                  qәbul etdi. Vidalaşarkәn ölkәmizdә görüşüb fikir mübadilәsi
                  apara bilәcәyi bir neçә şәxsi nişan vermәyimizi xahiş etdi.
                  İstәyini yerinә yetirәcәyimizә söz verdik. Bu gün Batuma
                  yola düşür. Tiflisdә qalacaq, lakin Bakıya da mütlәq gәlәcәk.
                  Qafqazda üç aydan çox olacaq. Bizә ünvanladığı sualları
                  müzakirә üçün әvvәlcәdәn nümayәndә heyәtimizin üzvlәrinә
                  tәqdim etmişdim (bax: әlavә № 9).
                     Diqqәti bir daha ümumi şәraitin vә öz vәziyyәtimizin
                  tam qeyri-müәyyәnliyinә yönәltmәklә mәlumatı bitirirәm.
                  Sizinlә, teleqraf bir yana qalsın, adi yolla, әn azı kuryer
                  vasitәsilә dә әlaqә saxlamaq imkanının olmamasına son
                  dәrәcә tәәssüflәnirәm. Siz ki hәftәdә bir dәfә kuryer
                  göndәrmәyә söz vermişdiniz? Özümә qalsa, hәr hәftә hәmin
         324
                  vasitәdәn istifadә etmәk istәrdim. Lakin, heyhat... yaşadığımız
                  günlәrin ağır şәraiti nәticәsindә bu, tamamilә imkan
                  xaricindәdir.  Ancaq yenә dә mümkün vasitәlәrlә әlaqә
                  yaratmaq yollarını sınaqdan keçirdim vә yanvarın 19-da
                  heyәtimizin hәlә dә Parisә yola düşә bilmәmәsi, icazә
                  gözlәmәsi barәdә ingilislәrin baş qәrargahına, Sizin adınıza
                  teleqraf göndәrdim.
                     Teleqramı qәbul etdilәr.  Ancaq Siz onu almısınızmı?
                  Mәlum deyil.
                     Bu qeyri-müәyyәnlik, sabah nә baş verәcәyindәn xәbәrsizlik
                  mәni maddi vәsaitlә bağlı mәsәlәyә dә toxunmağa vadar
                  edir. Söz yoxdur ki, nümayәndә heyәti böyük mәblәğdә pulla
                  tәmin olunub vә üzvlәrimiz, fikrimcә, hәtta lazım olandan da
                  artıq mәvacib alırlar. Lakin burada qalacağımız vaxtın qeyri-
                  müәyyәnliyi, habelә Parisә gedәcәyimiz tәqdirdә ortaya
                  çıxacaq mәsrәflәr heyәtin zәruri xәrclәrinin vә digәr ehtiyacların
                  ödәnilmәsi üçün lazımi anda vәsait ala bilmәsi ilә bağlı
   319   320   321   322   323   324   325   326   327   328   329