Page 323 - design_Topcubashov_Full_Layout 1
P. 323

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           heyәtinin hazırladığı sәnәdin tәrcümәsini (әlavә № 8)
           göndәrirәm.
               Güman edirәm ki, әvvәl-axır icazә alınacaq. Lakin hәtta
           Parisdә dә Müttәfiq dövlәtlәri 441  inandırmaq, çәtin ki, mümkün
           olsun. Çünki onlar hәlә dә vahid Rusiya mövqeyindә möhkәm
           dayanır, Finlandiya vә Polşanı çıxmaq şәrti ilә, yeni yaranmış
           hökumәtlәrin müstәqilliyini tanımamaq siyasәti yürüdürlәr.
               Deyilәnlәrlә yanaşı, mәncә, artıq zәif dә olsa, işıqucu
           görünür: Paris konfransı bütün Cәnubi Rusiyanın siyasi,
           sosial vә iqtisadi vәziyyәti ilә tanış olmaq üçün xüsusi
           missiya göndәrir. Missiya 30 nәfәrdәn ibarәtdir.
               Onun әksәr üzvlәri amerikalılardır. Missiya üç hissәyә
           ayrılıb. Bir hissә mәxsusi Qafqaz üçün nәzәrdә tutulur.
           Dünәn Qafqaz bölmәsinin şefi, amerikan “colonel” Benjamin
           Burqes Moore 442  yanımda oldu. Rusca yaxşı danışır. Mәn vә
           Mәmmәdhәsәn Hacınski onunla söhbәt etdik.  Aşağıdakı
           suallarına cavab verdik: 1.  Azәrbaycan siyasi vә iqtisadi
           baxımdan müstәqil yaşaya bilәrmi? 2. Buna maddi vә mәnәvi   323
           gücünüz çatarmı? 3. Qafqazda, yaxud Zaqafqaziyada
           federasiya, yaxud konfederasiya yarana bilәrmi? 4. Әgәr
           Rusiya Federativ Respublikası qurularsa, Azәrbaycan onun
           tәrkibinә daxil olmaq istәyәrmi? 5. Hәr hansı başqa bir
           dövlәtin sizi öz tәsiri altına almasının mümkünlüyü barәsindә
           düşünürsünüzmü?
               Yazdığım memoranduma uyğun birinci vә ikinci suallara
           müsbәt cavab verәndәn sonra mәhz indi, Müttәfiq dövlәtlәrin,
           görünür, ermәnilәrin artıq hәddini aşan tәlәblәrini qәbul
           etmәyә hazır göründüklәri, onların isә vәziyyәtdәn yararlanıb
           bizim Federasiyaya qoşulmaq istәmәdiklәri bir yana qalsın,
           hәlә bütün bunlar azmış kimi,  Türkiyә vә  Azәrbaycanın
           hesabına Böyük Ermәnistan yaratmağa can atdıqları bir
           şәraitdә Qafqaz federasiyası tәşkili ideyasına şübhә ilә
           yanaşdığımı bildirdim. Dördüncü suala da mәnfi cavab
           verdim. Beşinci sualın cavabında ölkәmizlә bağlı heç bir
           maddi marağı olmayan, lakin bizә himayә göstәrmәk
   318   319   320   321   322   323   324   325   326   327   328