Page 318 - design_Topcubashov_Full_Layout 1
P. 318

Əlimərdan bəy Topçubaşov


                                                                     № 1
                                                      4–5 mart 1919-cu il


                           AZӘRBAYCAN RESPUBLİKASI
                         NAZİRLӘR ŞURASININ SӘDRİNӘ

                     Cәnab Sәdr!
                     Vaxt azlığı vә yaşadığımız dövrün fövqәladә şәraiti,
                  fikrimizcә, Parisә, Xalqlar konfransına 430  yola düşmәk üçün
                  buraya göndәrilmiş Azәrbaycan sülh nümayәndә heyәtinin 431
                  tәşkili zamanı buraxılan sәhvlәr üzәrindә әtraflı dayanmağa
                  imkan vermir.
                     Ona görә dә müxtәsәr olacağam, yalnız üzlәşdiyimiz vә
                  indinin özündә dә çıxış yolu tapa bilmәdiyimiz şәraitә
                  toxunacağam.
                     Nümayәndә heyәtimiz Konstantinopola yanvarın 20-dә,
                  Şimali Qafqazın vә Gürcüstanın heyәtlәri ilә eyni vaxtda
         318      gәlib.  Tәrkibini tam müәyyәnlәşdirәndәn, bir neçә yeni
                  әmәkdaş, tәrcümәçi vә texniki işçi dәvәt edәndәn, iş bölgüsü
                  aparandan vә tәşkilatdaxili vәzifәlәri aydınlaşdırandan (bax:
                  әlavә № 14) sonra buradan Parisә yola düşmәk üçün imkanlar
                  axtarmaq mәqsәdilә fәaliyyәt başlanıb. Әvvәlcә bu, bizә
                  çox asan gәlirdi, ortaya çıxan çәtinliklәrin yalnız texniki
                  xarakter daşıyacağı güman olunurdu. Başqa sözlә desәm,
                  işin bizә müşkül görünәn tәrәfi buradan son dәrәcә qeyri-
                  ardıcıl şәkildә, Marseldәn keçmәklә Parisә yollanan azsaylı
                  gәmilәrin birindә yer almaq sayılırdı.
                     Lakin mәnim ingilis vә fransız nümayәndәlәrinin hәr
                  biri ilә iki görüşümdәn, heyәtimizin bәzi üzvlәrinin ingilislәrin
                  Baş qәrargahında olmasından, tәrcümәçilәrimizin ora
                  göndәrilmәsindәn, nәhayәt, özümün Baş qәrargaha şәxsәn
                  gedişimdәn sonra aydın oldu ki, Parisә yola düşmәk mәsәlәsi
                  texniki çәtinliklәrdәn daha çox digәr sәbәblәrlә әlaqәdardır
                  – sәfәrimizә istisnasız olaraq siyasi xarakterli mülahizәlәrә
                  görә maneçilik törәdilir.
   313   314   315   316   317   318   319   320   321   322   323