Page 316 - design_Topcubashov_Full_Layout 1
P. 316
Əlimərdan bəy Topçubaşov
hissәsi sayır. Onun mövqeyi sizә mәlumdur. Ancaq tәbii ki,
indiki halda biz general Denikinin deyil, Böyük Britaniya
hökumәtinin mövqeyi ilә hesablaşmaq istәrdik.
Lord Hardinq. Mәn öz hökumәtimә Dağıstana hәrbi
birliklәr göndәrmәk baxımından hәr hansı bir addım atmağı
mәslәhәt görә bilmәrәm. Sizә gәldikdә isә, bir daha tәkrar
edirәm: bu, Könüllü Ordu ilә münasibәtlәrinizi daha da
korlayar. Sizin ilk növbәdә öz sәrhәdlәrinizi mühafizә
etmәyiniz lazımdır. (Ayağa qalxır.)
Mәn. İcazә verin, diqqәtli münasibәtinizә görә zati-
alinizә tәşәkkürümü bildirim vә belә bir inamımı dilә gәtirim
ki, respublikamızın mühüm, tәxirәsalınmaz maraqlarının
mәcbur etdiyi vaxtlarda ziyarәtinizә gәlmәyә izin verәcәksiniz.
Lord Hardinq. Böyük mәmnuniyyәtlә! Bir daha әmin
ola bilәrsiniz ki, söhbәtinizin mәzmunu mәni razı saldı vә
bu barәdә lazımi şәxsә mәlumat çatdırılacaq. (Vidalaşırıq.)
316 А.М.Топчибаши. Парижский архив. В 4-х книгах,
книга I. Москва, 2016, с. 369–376.