Page 314 - design_Topcubashov_Full_Layout 1
P. 314

Əlimərdan bəy Topçubaşov


                  veririk. Xalqımızın yalnız dini hisslәrlә yaşadığını düşünmәk
                  yanlışlıq olardı. Bizim xristian Gürcüstanla sıx әmәkdaşlığımız,
                  onlarla, habelә qonşu ermәnilәrlә konfederasiyada birlәşmәk
                  niyyәtimiz ortaya atılan iddiaların tam әksini göstәrir. (Lord
                  Hardinq başını tәrpәtmәklә fikirlәrimlә razılaşdığını bildirir.)
                  Birinci olaraq, biz Qafqaz xalqlarının konfederativ әsasda
                  birlәşmәlәrini tәklif etmişik. Mәn Azәrbaycan nümayәndәsi
                  kimi, Konstantinopolda bu mәsәlә ilә bağlı bütün Müttәfiq
                  dövlәtlәrin yüksәk komissarlarına xüsusi memorandum
                  ünvanlamışdım. Bu yaxınlarda keçirilәn ermәni-Azәrbaycan
                  konfransında bütün nümayәndәlәrimiz konfederasiya ideyasına
                  tәrәfdar çıxdıqlarını bir daha bәyan ediblәr. Türklәrә gәldikdә
                  isә, onlarla hәr hansı anlaşmamız yoxdur. Mәn bu günlәrdә
                  hәmin mәsәlә ilә bağlı rәhbәrlik etdiyim nümayәndә heyәti
                  adından verdiyim tәkzibdә dә bunu bir daha vurğulamışam.
                  Elәcә dә guya gәnc türklәrin görkәmli xadimlәrinin ölkәmizdә
                  olması ilә bağlı şayiәni dә tәkzib edirәm.
         314         Lord Hardinq (sözümü kәsәrәk). Demәli, Nuru bәy dә
                  sizdә deyil?
                     Mәn. Bu haqda heç bir mәlumatım yoxdur. Әgәr Nuru
                  bәy, hәqiqәtәn dә, bizdә olsaydı, cәnab Vordrop 429  bundan
                  xәbәr tutar vә lazımi yerә mәlumat verәrdi. Digәr tәrәfdәn,
                  mәn mәsәlә ilә bağlı ortalıqda dolaşan şayiәlәr barәdә eşidәn
                  kimi bunu hökumәtimin diqqәtinә çatdırmışam. İlk imkan
                  yaranan kimi eyni işi bir dә görәrәm. İstәnilәn halda,
                  “Excellence”, xahiş edirәm Qafqaz birliyinә meyilli
                  olduğumuzu diqqәtdәn qaçırmayasınız. Biz istiqlaliyyәtimizi
                  elan edәn gündәn bu istiqamәti әldә rәhbәr tuturuq.
                     Lord Hardinq. Mәn cәnab prezidenti diqqәtlә dinlәdim
                  vә әmin edә bilәrәm ki, onun dediklәrinin hamısı lazımi
                  şәxsin diqqәtinә çatdırılacaqdır. (Vidalaşmaq üçün ayağa
                  qalxmaq istәyir.)
                     Mәn (cәld onu qabaqlayıram). Zati-alilәri, Sizi belә
                  narahat etdiyim üçün üzr istәyirәm. Xahiş edirәm, çox
   309   310   311   312   313   314   315   316   317   318   319