Page 311 - design_Topcubashov_Full_Layout 1
P. 311

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           nin iclasında, elәcә dә Müttәfiqlәrin nümayәndәlәrinin
           konfransında bizә vә Gürcüstana qarşı tәhlükәlәrin mövcudluğu
           etiraf olundu, tәhlükәsizliyimizi tәmin etmәk üçün nәlәrә
           ehtiyac duyduğumuz soruşuldu. Cavab verdik ki, heç kimlә
           müharibә etmәk niyyәtindә deyilik, yalnız sәrhәdlәrimizi
           hәr cür gözlәnilmәz hücumlardan qorumaq istәyirik. Bildirdik
           ki, uzunmüddәtli mübarizә aparmaq imkanından mәhrumuq,
           çünki bunun üçün zәruri vasitәlәrimiz – silah, sursat, ordu
           üçün geyim vә s. yoxumuzdur. Bu mәsәlәlәrdә bizә kömәk
           göstәrilәcәyi vәd olundu. Yardım vәdi feldmarşal Vilson 426
           vә dәnizçilik naziri Bitti 427  tәrәfindәn dә tәsdiq edildi. Ancaq
           tәәssüf ki, indiyә qәdәr onun hәyata keçirilmәsi istiqamәtindә
           heç bir iş görülmәyib.
               Lord Hardinq. Zaqafqaziya respublikalarının tanınmasına
           görә izhar etdiyi minnәtdarlıq üçün öz növbәmdә mәn dә
           cәnab prezidentә tәşәkkürümü bildirirәm. Biz hәmişә kiçik
           xalqların tәrәfindә dayanmışıq. Ancaq de-yure tanınmağınız
           haqqında indi heç bir şey deyә bilmәrәm. Çox güman ki,      311
           buna müvafiq zaman vә şәrait yetişmәlidir. Azәrbaycana vә
           Gürcüstana kömәk mәsәlәsinә gәldikdә isә, cәnab Vilsonla
           cәnab Bittinin sizә nә vәd etmәsindәn xәbәrsizәm. Lakin
           hansısa bir şәkildә kömәk göstәrilәcәyi barәdә eşitmişәm.
               Mәn. Nәdә vә nә zaman?
               Lord Hardinq. Bu barәdә mәlumatım yoxdur. Ona görә
           dә sualınıza cavab verә bilmәyәcәyәm.
               Mәn. Yardım mәsәlәsi bizdәn ötrü çox böyük әhәmiyyәtә
           malikdir. Çünki sәrhәdlәrimizi hәm sudan, hәm dә qurudan
           qorumalıyıq. Bizim әrazidәki sonuncu şәhәrimiz olan
           Astaradan Dәrbәndә qәdәr sәrhәd xәttinin uzunluğu tәxminәn
           600 kilometrdәn çoxdur. Gәmilәrimiz isә azdır. Çünki onların
           bir hissәsi zamanında ingilis komandanlığı tәrәfindәn general
           Denikinә verilib. Mәn bu mәsәlә ilә әlaqәdar sülh konfransına
           etiraz notası tәqdim etmişdim. Admiral Bitti razılaşdı ki,
           Könüllü Orduya verilәn gәmilәr bizә qaytarılmalıdır. Amma
   306   307   308   309   310   311   312   313   314   315   316